DÜNYA
1 dəqiqə oxuma
Tailandda məktəbə hücum zamanı ən azı 7 nəfər həlak olub
Tailandda məktəbə hücum zamanı ən azı 7 nəfər həlak olub; gənc şübhəli də həyatını itirib
Tailandda məktəbə hücum zamanı ən azı 7 nəfər həlak olub
7 avqust 2026-cı ildə Tailandın Nontaburi əyalətində ölü və yaralılarla nəticələnən atışmadan sonra təhlükəsizlik əməkdaşları məktəbi mühafizə edir. (AP)

Tailandda son illərdə baş verən en ölümcül məktəb hücumlarından birində, bu gün (7 avqust 2026) Banqkokun dərhal şimalında yerləşən bir liseydə atəş açan gənc şagird yeddi nəfəri öldürdükdən sonra həyatını itirib.

Daxili İşlər nazirinin müavini Polapi Suvançvi Nontaburi bölgəsindəki "Debsirin Nonthaburi" məktəbində törədilən hücumda iki şagird və iki müəllimin həyatını itirdiyini bildirib. Hadisə zamanı həmçinin 15 şagird yaralanıb. Xəsarətlərin çoxu birbaşa atəş açılması nəticəsində deyil, şagirdlər hadisə yerindən qaçmağa çalışarkən baş verib.

Hüquq-mühafizə orqanları şübhəlinin həmin məktəbin şagirdlərindən biri olduğunu müəyyən ediblər. Yerli media şübhəlinin daha sonra həyatını itirdiyini xəbər versə də, onun polis tərəfindən vurulduğu, yoxsa intihar etdiyi barədə fərqli məlumatlar yayılıb.

Təhqiqat silahın mənbəyinə yönəlib

Rəsmilər şübhəlinin tapançadan istifadə etdiyini bildiriblər. Daxili İşlər Nazirliyi isə yeniyetmənin silaha necə yiyələnməsi ilə bağlı təhqiqata başlayıb.

Bu hücum hökumətin silah qanunvericiliyini sərtləşdirməyə dair dəfələrlə verdiyi vədlərə baxmayaraq, təxminən 10 milyon odlu silahın dövriyyədə olduğu Tailandda silahlı zorakılıqla bağlı narahatlıqları yenidən artıran son hadisə olub.

Ölkədə son illərdə bir çox səs-küylü silahlı hücumlar baş verib. Bunların arasında keçmiş polisin Tailandın şimal-şərqindəki uşaq bağçasında 24-ü uşaq olmaqla 36 nəfəri qətlə yetirdiyi 2022-ci il qətliamı da var.

ƏlaqəliTailandda məktəbə hücum nəticəsində ən azı yeddi nəfər həlak olub - TRT Azərbaycan - TRT Azərbaycan
Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib