Şərhlər
DÜNYA
2 min read
Co Bayden dünyanın ən kasıb ölkələri üçün tarixi vədini açıqlayacaq
ABŞ prezidenti Co Baydenin Milli Təhlükəsizlik üzrə müşavirinin müavini Con Finer bildirib: “Prezident Bayden Rio sammitində ABŞ-ın tarixi vədini açıqlayacaq və digər liderləri də töhfələrini artırmağa səsləyəcək.”
Co Bayden dünyanın ən kasıb ölkələri üçün tarixi vədini açıqlayacaq
#LVS39 : G20 Sammiti
19 dekabr 2024

Ağ Evdən verilən məlumata görə, Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden dünyanın ən kasıb ölkələrinə yardım məqsədilə Dünya Bankının vəsaitləri üçün tarixi bir öhdəlik açıqlamağa hazırlaşır. Bu, ABŞ-ın keçmiş prezidenti Donald Trampın yeni qənaət tədbirləri gündəmi ilə işə başlamasından qısa müddət əvvəl baş verəcək. C.Bayden Beynəlxalq İnkişaf Assosiasiyasına ayrılacaq vəsaitin miqdarını hazırda Rio-de-Janeyroda davam edən G20 Liderlər Sammitində açıqlayacaq. (Redaktor qeydi: Bayden sammitdə 4 milyard dollarlıq yardım vədi verdi.) 

Prezident Administrasiyasının Milli Təhlükəsizlik üzrə müşavir müavini Con Finer jurnalistlərə açıqlamasında deyib: “Prezident Bayden Rio sammitində ABŞ-ın tarixi vədini açıqlayacaq və digər liderləri də töhfələrini artırmaq üçün bir araya gətirəcək.”  Finer əlavə edib ki, prezident fondun iddialı bir yenilənməyə ehtiyacı olduğunu vurğulayacaq. 

Beynəlxalq İnkişaf Assosiasiyası Dünya Bankının güzəştli kreditlər verən qoludur və dünyanın ən kasıb ölkələrində, o cümlədən iqlimlə bağlı layihələrdə istifadə olunur. Con Finer veriləcək dəstəyin dəqiq miqdarını açıqlamayıb. 

ABŞ prezidenti altı günlük Cənubi Amerika səfəri çərçivəsində yanvarın 20-də Ağ Evə geri dönməyə hazırlaşan yeni seçilmiş prezident Donald Trampın hakimiyyətə başlamasından əvvəl beynəlxalq mirasını gücləndirməyə çalışır.  O, noyabrın 17-də, bazar günü, Braziliyada Amazon tropik meşələrini ziyarət edərək iqlim dəyişikliyi ilə bağlı siyasətlərini tanıdıb. Eyni zamanda Amerikanın illik ikitərəfli iqlim maliyyəsini 11 milyard dollara çatdırmaq hədəfinə nail olduğunu açıqlayıb. 

Qeyd edək ki, Donald Tramp Co Baydenin bir çox siyasətini ləğv edəcəyini bəyan edib və texnologiya milyarderi İlon Maskı federal hökumətin israfını hədəf alan Hökumət Səmərəliliyi Departamentinin başına gətirib.

MƏNBƏ:TRT Azerbaycan
Araşdırma
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''