DÜNYA
2 dəqiqə oxuma
ABŞ və İran vasitəçilərin müşayiəti ilə 45 günlük atəşkəsi müzakirə edirlər
ABŞ mediası ABŞ və İranın gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə vasitəçilər vasitəsilə 45 günlük atəşkəs üçün danışıqlar apardığını bildiriblər
ABŞ və İran vasitəçilərin müşayiəti ilə 45 günlük atəşkəsi müzakirə edirlər
ABŞ, İran və regional vasitəçilərin 45 günlük atəşkəs imkanını müzakirə etdikləri bildirilir (Arxiv). / AP

ABŞ, İran və regional vasitəçilərdən ibarət qrup, 28 fevraldan bəri davam edən müharibəni daimi olaraq dayandıra biləcək 45 günlük mümkün atəşkəsin şərtlərini müzakirə ediblər.

Hesabatlarda yaxın 48 saat ərzində qismən razılığın əldə olunma ehtimalının zəif olduğu qeyd edilsə də, bu cəhdin dramatik gərginliyin qarşısını almağın yeganə yolu olduğu qiymətləndirilir.

Belə bir gərginlik İranın mülki infrastrukturuna yönəlmiş böyükmiqyaslı hücumları və Körfəz ölkələrindəki enerji və su obyektlərinə qarşı qisas addımlarını əhatə edə bilər.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ultimatumunun müddətini 20 saat uzadaraq yeni son tarixi aprelin 7-si, Şərq vaxtı ilə (EST) saat 20:00 olaraq açıqlayıb.

Tramp ölkəsinin "intensiv danışıqlar apardığını" və razılığın əldə oluna biləcəyini söyləyib. "Yaxşı bir ehtimal var, amma razılaşmasalar, oradakı hər şeyiməhv edərəm", -deyə o bildirib.

İki mərhələli təklif

Danışıqların Pakistan, Misir və Türkiyə vasitəçiləri ilə yanaşı, xüsusi elçi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi arasındakı birbaşa mesajlaşmalar yolu ilə aparıldığı qeyd edilib.

Təklif olunan iki mərhələli razılaşma 45 günlük atəşkəsdən sonra müharibənin tamamilə dayandırılmasını nəzərdə tutur.

Vasitəçilər Hörmüz boğazının yenidən açılmasının və İranın yüksək dərəcədə zənginləşdirilmiş uran məsələsinin həllinin yalnız yekun razılaşma ilə mümkün olacağı qənaətindədirlər.

İranlılar atəşkəsin yalnız kağız üzərində qaldığı bir "Qəzza və ya Livan ssenarisi" istəmədiklərini açıq şəkildə bildiriblər.

Digər tərəfdən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri sərt mövqe nümayiş etdirərək, Hörmüz boğazındakı vəziyyətin "heç vaxt müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını" ifadə edib.

Vasitəçilər İran rəsmilərinə manevr üçün daha vaxtın qalmadığını, növbəti 48 saatın böyük dağıntıların qarşısını almaq üçün son fürsət olduğunu vurğulayıblar.

Araşdırma
Husilərin Ədən şəhərində Əl-Maşiq Prezident Sarayına hücumu nəticəsində 5 nəfər həlak olub
Yəmən hökumət qüvvələri husilər arasında 200-dən çox itki qeydə alındığını bildirib
Suriyanın Həma şəhərində təşkil edilən silahlı hücumda 4 təhlükəsizlik əməkdaşı həlak olub
İran Hörmüz boğazı ilə bağlı Omanla lazımi razılığa gəldiklərini bildirib
Paşinyan: "Azərbaycanla sülh dövlətçiliyimizin uzunömürlülüyünün əsasını təşkil edəcək"
İraqın şimalındakı Metina bölgəsində terror təşkilatı PKK/KCK 4 yaşayış məntəqəsini tərk edib
Nigeriyada tacir karvanına hücum zamanı 27 nəfər həlak olub
Andriy Sıbiha: "Zelenski Prezident Ərdoğanın vasitəçiliyi ilə Putinlə görüşə bilər"
Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edilib, ölənlər var
Şimali Koreya Yapon dənizi istiqamətində çox sayda ballistik raket buraxıb
İraq qüvvələri DEAŞ-ın mövqelərinə hava zərbələri endirib
Braziliyada minlərlə insan Prezident Lula da Silvaya dəstək mitinqində bir araya gəlib
HƏMAS Qəzzadakı xəstəxanada hərbi fəaliyyətin olması ilə bağlı İsrailin iddialarını rədd edib
Polşa Baş naziri Donald Tuska qarşı sui-qəsd planlaşdıran şəxs saxlanılıb
ABŞ-də Trampın siyasətini təbliğ edən reklamlar qadağan olunub
Yəmən ordusunun məlumatına görə husilərin 900-dən çox üzvü zərərsizləşdirilib
Cibuti sahillərində baş verən gəmi qəzasında 139 nəfər həlak olub, 84 nəfər itkin düşüb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı husilərin hücumlarını birgə bəyanatla pisləyiblər
Ər-Riyaddakı hava limanına təşkil edilən hücumda 12 nəfər həlak olub, 309 nəfər yaralanıb
ABŞ vətəndaşlarının Fələstində qətlə yetirilməsi İsrail tərəfindən örtbas edildiyi iddia olunur