DÜNYA
1 dəqiqə oxuma
İran AEBA ilə əməkdaşlığı dayandıracaq
Buna səbəb ''E3'' ölkələrinin (Birləşmiş Krallıq, Almaniya və Fransa) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etməyə yönəlmiş addımları olub
İran AEBA ilə əməkdaşlığı dayandıracaq
/ Reuters

İran Milli Təhlükəsizlik Ali Şurası ölkənin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığının dayandırılması barədə qərar qəbul edib.

Buna səbəb ''E3'' ölkələrinin (Birləşmiş Krallıq, Almaniya və Fransa) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etməyə yönəlmiş addımları olub.

Dövlət yayımı olan “Press TV”nin yaydığı açıqlamada qeyd edilib ki, İranın yüksək təhlükəsizlik orqanı “E3” ölkələrinin Tehranın nüvə proqramı ilə bağlı “ehtiyatsız” addımlarını sərt şəkildə tənqid edib.

İran prezidenti Məsud Pezeşkian sentyabrın 20-də verdiyi bəyanatda bildirib ki, ölkə “snapback” mexanizmi ilə sanksiyaların bərpasının qarşısını almağa qadirdir.

‘‘Onlar 'snapback'dən keçən yolu bağlamağa çalışırlar, lakin bu yolu açan ağıl və ideyalardır. Biz heç vaxt həddindən artıq tələblərə boyun əyməyəcəyik, çünki vəziyyəti dəyişdirmək gücümüz var’’,-deyə Məsud Pezeşkian vurğulayıb.

İranın Ali Milli Təhlükəsizlik Şurası həmçinin sanksiyaların bərpa olunacağı təqdirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandıracağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu ayın əvvəlində İran və AEBA arasında razılaşma əldə olunub. Bu razılaşma ABŞ və İsrail tərəfindən bombalanmış obyektlər də daxil olmaqla, bəzi nüvə obyektlərində yoxlamaların bərpasını nəzərdə tutur. Lakin razılaşmanın detalları hələlik ictimaiyyətə açıqlanmayıb.

Araşdırma
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub
Küveyt Türkiyə və Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzaladığına görə Pakistanı təbrik edib
Tatarıstan Respublikasına qarşı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirildi