SİYASƏT
2 dəqiqə oxuma
TRT İsrailin Qəzzada törətdiyi dağıntıları sənədləşdirib
Görüntülərdə İsrailin hücumlarının Qəzzanı xarabalığa çevirdiyi və humanitar böhranın necə dərinləşdiyi əks olunub
TRT İsrailin Qəzzada törətdiyi dağıntıları sənədləşdirib
Qəzza
15 avqust 2025

Tel-Əviv rərbərliyinin hücumları və tətbiq etdiyi aclıq siyasəti nəticəsində minlərlə insan həlak olub, yerindən edilib və aclıqdan ölüb. TRT İsrailin 2023-cü ilin oktyabrından bəri davam edən şiddətli hücumları zamanı Qəzzada baş verən dağıntıların miqyasını göstərən xüsusi hava görüntüləri əldə edib.

Müxbir Mücahid Aydəmir və operator Osman Eken İordaniyanın həyata keçirdiyi havadan yardım atma əməliyyatı zamanı Qəzzanın tanınmaz hala gəldiyini sənədləşdiriblər. İsrailin hava, quru və dənizdən həyata keçirdiyi hücumlar on minlərlə insanın ölümünə, məhəllələrin tamamilə xarabalığa çevrilməsinə səbəb olub.

Yerli səhiyyə qurumlarının məlumatına əsasən, 2023-cü il oktyabrın 7-dən bəri İsrail hücumlarında təxminən 61 min 776 fələstinli həlak olub, 154 min 906 nəfər yaralanıb. Dağıdılmış binaların altında hələ də minlərlə insanın qaldığı ehtimal edilir.

Aylarla davam edən blokada ərzaq, su, dərman və digər zəruri ehtiyacların girişini ciddi şəkildə məhdudlaşdıraraq humanitar böhranı daha da dərinləşdirib. Yardım təşkilatları açlığın fövqladə hal aldığı barədə xəbərdarlıq edib. İndiyədək aclıqdan təxminən 239 nəfərin, o cümlədən 106 uşağın öldüyü bildirilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və humanitar yardım qurumlarının məlumatına görə, Qəzzanın infrastrukturunun 88 faizi məhv edilib.

Bölgədəki 2,3 milyon əhalinin böyük əksəriyyəti yerindən didərgin düşüb. Yerindən edilən ailələr həddən artıq dolu məktəblərdə və ya müvəqqəti çadırlara sığınmağa məcbur qalıb. Bu yerlərdə gigiyena şəraiti ağır, təmiz suya çıxış məhdud, xəstəliklər isə sürətlə yayılır.

İsrail qüvvələri yardım paylama məntəqələrini və müvəqqəti sığınacaqları hədəf almaqda ittiham olunur. Fələstinli rəsmilərin məlumatına görə, may ayının sonlarından bəri bu cür yerlərə edilən hücumlarda təxminən 1.881 adam ölüb, 13.900 nəfər yaralanıb.

İnsan haqları təşkilatları və BMT agentlikləri aclıq və blokadanın müharibə silahı kimi istifadəsinin beynəlxalq hüquqa zidd olduğunu dəfələrlə vurğulayıb, Qəzzadaki vəziyyətin artıq tam mənada humanitar fəlakətə çevrildiyi barədə xəbərdarlıq ediblər.

MƏNBƏ:TRT Global
Araşdırma
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib