15 saat əvvəl
Qətər media orqanlarının yaydığı məlumata görə, ABŞ və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin iştirakı ilə Qətərin ev sahibliyində keçirilən "Ərəb Körfəzi Təhlükəsizliyi-4" adlı regional təhlükəsizlik təlimi fevralın 4-də başa çatıb.
Yekun tədbirdə iştirakçı ölkələrin daxili işlər nazirləri və yüksək vəzifəli təhlükəsizlik rəsmiləri də iştirak ediblər.
TÖVSİYƏ EDİLƏN
Ümumilikdə 260 saatdan çox davam edən hazırlıq prosesi zamanı 70-dən çox ssenari icra olunub.
Təlimlər ABŞ və İran arasında gərginliyin artdığı və vəziyyətin sabitləşdirilməsi üçün diplomatik səylərin davam etdiyi bir vaxtda həyata keçirilib.













