DÜNYA
1 dəqiqə oxuma
Antonio Quterreş Myanmada 50 nəfərin ölümünə səbəb olan hücumu pislədi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Myanmanın Rakhayn ştatında 50 nəfərin ölümünə səbəb olan hava hücumunu kəskin şəkildə pisləyib
Antonio Quterreş Myanmada 50 nəfərin ölümünə səbəb olan hücumu pislədi
Antonio Quterreş Myanmada 50 nəfərin ölümünə səbəb olan hücumu pislədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Myanmanın Rakhayn ştatında 50 nəfərin ölümünə səbəb olan hava hücumunu kəskin şəkildə pisləyib.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib ki, sentyabrın 28-də Rakhayn ştatında 50 nəfərin ölümünə və təxminən 60 nəfərin yaralanmasına səbəb olan hava hücumu ilə bağlı xəbərlər narahatlıq doğurur.

Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğunu bildirən Stefan Dujarrik həyatını itirənlərin ailələrinə başsağlığı verib. O, Baş katib Antonio Quterreşin bütün tərəfləri dərhal zorakılığa son qoymağa çağırdığını və hücuma görə məsuliyyət daşıyanların cavab verməli olduğunu vurğulayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk də öz növbəsində Rakhayn ştatında bir bazarın yaxınlığında törədilən və ən azı 50 dinc sakinin həyatına son qoyan hücumları qınayıb.

Araşdırma
FTB Çin ilə əlaqəli hakerlərin proqramlarını ələ keçirib
Tramp administrasiyası miqrantları ABŞ-dən dəniz yolu ilə deportasiya etməyi nəzərdən keçirir
Meksikada həbsxanada iğtişaş nəticəsində 10 nəfər ölüb
NATO-nun "Steadfast Noon" təlimi oktyabrın 13-də başlayacaq
"İsaias" qasırğası ABŞ-nin şərq sahillərinə yaxınlaşır
ABŞ-də sinif yoldaşını qətlə yetirən qadının edamı uğursuzluqla nəticələnib
Ukrayna BM Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb
Volker Türk Rusiya və Ukrayna arasındakı hücumlardan narahatlığını ifadə edib
Rusiya və Ukraynanın qarşılıqlı hücumlarında ən azı 56 nəfər həyatını itirib
İranla müharibədə 81 ABŞ hərbi təyyarəsi ya itkin düşüb, ya da birdəfəlik zədələnib
ÜST: Qəzzada tam fəaliyyət göstərən heç bir xəstəxana qalmayıb
Fransada yuxarı sinif şagirdlərinin etirazları davam edir
Quterreşin Pakistan liderləri ilə görüşündə Kəşmir, regional sülh və su mübahisəsi müzakirə olunub
İsrailin hücumları nəticəsində 20 mindən çox tələbə və şagird həlak olub
Rusiyanın Ukraynaya hücumları nəticəsində 11 nəfər həlak olub
Dünya üç ildir tarixin ən böyük qətliamına şahidlik edir
Misir Prezidenti Sisi  Li Çje Myon ilə görüşlər keçirmək üçün Cənubi Koreyaya səfər edib
Husilər Səudiyyə Ərəbistanına raket zərbələri endirib
ÜST Rusiyanı pnevmonik taun ilə əlaqəli ölüm hadisəsi barədə şəffaf olmağa çağırıb
ABŞ Konqresinin üzvü: "Məkkə Birgə Müdafiə Sazişi Yaxın Şərqin NATO-su olmaq potensialına malikdir"