TÜRKİYƏ
1 dəqiqə oxuma
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Belçikaya səfəri çərçivəsində Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşüb
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Belçikaya səfəri çərçivəsində Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşüb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, tərəflər arasında ikitərəfli danışıqlar baş tutub.

Görüşlə bağlı rəsmi internet səhifəsində paylaşım edən NATO-nun mətbuat katibi Allison Hart deyib: "NATO-nun baş katibi Mark Rutte və xarici işlər naziri Hakan Fidan Qara dənizdəki təhlükəsizlik şəraitini, həmçinin Türkiyənin alyansın çəkindirmə və müdafiə qabiliyyətinə verdiyi mühüm töhfələri müzakirə ediblər".