TÜRKİYƏ
2 dəqiqə oxuma
Qəzzada jurnalistlərin hədəf alınmasını sənədləşdirən “Həqiqətin təhrif edilməsi” kitabı nəşr olundu
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Qəzzadakı hadisələrin həm humanitar, həm də tarixi nəticələrini sənədləşdirən “Həqiqətin təhrif edilməsi: İsrailin jurnalistlərə qarşı müharibəsi” adlı kitabı nəşr edib
Qəzzada jurnalistlərin hədəf alınmasını sənədləşdirən “Həqiqətin təhrif edilməsi” kitabı nəşr olundu
The book recounts the life stories of 283 journalists, 37 of whom were women, who were killed by Israel / AA

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Qəzzadakı hadisələrin həm humanitar, həm də tarixi nəticələrini sənədləşdirən “Həqiqətin təhrif edilməsi: İsrailin jurnalistlərə qarşı müharibəsi” adlı kitabı nəşr edib.

İdarənin dekabrın 10-da yaydığı bəyanata görə, türk, ingilis və ərəb dillərində nəşr olunan kitab xüsusilə 2023-cü ilin oktyabr ayından bəri Qəzzada jurnalistlərin sistemli şəkildə hədəf alınması və yaşadıqları zorakılıq hadisələrindən bəhs edir.

Məlumata görə, kitabın giriş sözünü Prezident Rəcəb Tayyib Ərdoğanın qələmə alıb. Kitabda İsrailin Qəzzada jurnalistləri hədəf alması, rabitə infrastrukturunu qəsdən məhv etməsi və həqiqəti üzə çıxaran səsləri susdurmaq səyləri ətraflı sənədlər və ifadələrlə təqdim olunur.

Kitabda jurnalistlərin evlərinin bombalanması, ailələrinin hədəf alınması və 37-si qadın olmaqla 283 jurnalistin gülləkeçirməz jiletlər və kameralarla vəzifələrini yerinə yetirərkən İsrail tərəfindən öldürülməsi faktları əks olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bəşər tarixi həmişə münaqişələrin və müharibələrin şahidi olub və bu böhranlarla bağlı məlumatlar bu günə qədər qorunub saxlanılıb.

Tarix yazmağın, tarix yaratmaq qədər vacib olduğunu vurğulayan Prezident Ərdoğan bildirib ki, dünyanın axarını dəyişdirəcək hadisələrin ardıcıl baş verdiyi bu dövrdə mətbuat işçiləri baş verənləri sənədləşdirərək təkcə bu günü düzgün anlamaqla kifayətlənmir, həm də gələcək nəsillərə ötürüləcək məlumatları təmin edir.

Ərdoğan bildirib ki, tarixi məlumatları qorumaq və həqiqəti ictimaiyyətə dəqiq çatdırmaq üçün böyük səy göstərən mətbuat nümayəndələrinin xüsusən də münaqişə və müharibə zonalarında fəaliyyət göstərə bilmələrinin təmin edilməsi dövlətlərin ən vacib vəzifələrindən biridir.

R.T.Ərdoğan həmçinin bu ifadələrə yer verib: “Beynəlxalq ictimaiyyətin İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzzada törətdiyi soyqırıma reaksiyası, vurğulamağa çalışdığımız həqiqətin xəbərçisidir. İsrailin məqsədi yalnız işğal və kütləvi cəza yolu ilə əsasən qadın və uşaqları qətlə yetirmək deyil, həm də bu qətliamları heç vaxt baş verməmiş kimi göstərmək və beynəlxalq ictimaiyyəti Qəzzada etdiklərinin normal olduğuna inandırmaqdır. İsrail buna nail olmaq üçün qurduğu hekayənin arxasındakı həqiqəti ortaya çıxarmağa çalışan jurnalistləri hədəf alır’’.

Ərdoğan bildirib ki, İsrail müharibə və humanitar hüquq normalarına məhəl qoymayaraq həqiqəti çatdırmağa çalışan jurnalistlərin evlərini və ailələrini bombalayıb, nəticədə Qəzzadakı jurnalistlər təkcə mətbuat azadlığından deyil, həm də yaşamaq hüququndan məhrum olublar.

“İsrail tərəfindən amansızcasına qətlə yetirilən jurnalistlərin qətiyyətli mübarizəsini hörmətlə qarşılayıram. Mətbuat tarixində cəsarətləri ilə mühüm yer tutan, həyatları bahasına həqiqəti ifadə etməyə çalışan bu jurnalistlərin məlumatlarının daha geniş auditoriyaya çatmasını təmin etmək üçün çalışmağa davam edəcəyik”,-deyə Türkiyə Prezidenti vurğulayıb.

Araşdırma
Türkiyə–Pakistan–Səudiyyə Ərəbistanı müdafiə sazişi regional təhlükəsizliyi gücləndirəcək
Türkiyədə "Kuriş" cinayətkar qruplaşmasına qarşı əməliyyat keçirilib
Neçirvan Bərzani "Terrorsuz Türkiyə" prosesi ilə bağlı çərçivə qanununu dəstəkləyib
Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir