SİYASƏT
1 dəqiqə oxuma
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Rusiya Türkiyənin ev sahibliyində keçirilən NATO sammitinin nəticələrini yaxından izləyəcəyini bəyan edib
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''

Rusiya Türkiyənin ev sahibliyində keçirilən NATO sammitinin nəticələrini yaxından izləyəcəyini bəyan edib. Moskvada jurnalistlərin suallarını cavablandıran Kremlin sözçüsü Dmitri Peskov sammitdən əvvəl Rusiyaya qarşı "qarşıdurma" xarakterli və "aqressiv" bəyanatların səsləndiyini diqqətə çatdırıb. D.Peskov ABŞ administrasiyası ilə təmasların davam etdiyini vurğulayaraq, sülhün təmin olunması istiqamətindəki səylərin uğurlu nəticələnəcəyinə ümid etdiklərini qeyd edib.

Dünya liderlərinə ev sahibliyi edən Ankara mühüm diplomatik görüşlərin mərkəzinə çevrilir. Prezident Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pelleqrini, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni, Kanadanın Baş naziri Mark Karni, Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstanın Baş naziri Rumen Radev, Monteneqronun Baş naziri Milojko Spajic, NATO-nun Baş katibi Mark Rutte və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta kimi liderlərlə ikitərəfli görüşlər keçirəcək.

Zirvə görüşündə müttəfiq ölkələrin müdafiə xərclərini artırmaq və hərbi sənaye istehsalını genişləndirmək üçün yeni öhdəliklər götürəcəyi gözlənilir.