DÜNYA
2 dəqiqə oxuma
''Həmas'' Trampın Qəzza ilə bağlı planını nəzərdən keçirir
Bu barədə ''Həmas''ın yüksək vəzifəli rəsmisi məlumat verib
''Həmas'' Trampın Qəzza ilə bağlı planını nəzərdən keçirir
''Hamas'' Trampın Qəzza ilə bağlı planını nəzərdən keçirir / Reuters
3 oktyabr 2025

"Həmas"ın yüksək vəzifəli rəsmisi ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunması ilə bağlı təklif etdiyi plana tezliklə cavab veriləcəyini bildirib.

Məhəmməd Nazzal ‘‘Əl-Cəzirə’’ telekanalına verdiyi müsahibədə qeyd edib ki, "Həmas" bir sıra qeyd-şərtlərə baxmayaraq bu planı ciddi şəkildə müzakirə edir.

O, həm daxili, həm də xarici məsləhətləşmələrin artıq başladığını bildirib.

Nazzal həmçinin qeyd edib ki, "Həmas"ın verəcəyi son cavab Fələstin xalqının maraqlarını və Fələstin məsələsinin strateji əsaslarını nəzərə alacaq.

Trampın planı

Ağ Ev sentyabrın 29-da Qəzzada dərhal atəşkəsin təmin olunması və təhlükəsizlik strukturlarının yenidən qurulmasını nəzərdə tutan bir plan təqdim edib.

Plana əsasən, Qəzza beynəlxalq monitorinq qurumu tərəfindən nəzarət olunan, silahsızlaşdırılmış zonaya çevriləcək və müvəqqəti inzibati mexanizmlə idarə olunacaq.

Plan həmçinin İsrail həbsxanalarında olan yüzlərlə fələstinli məhbusun azad edilməsini, bununla yanaşı, sənədin təsdiqindən sonra 72 saat ərzində "Həmas" tərəfindən saxlanılan bütün israilli əsirlərin azad olunmasını tələb edir.

Sənəddə hərbi əməliyyatların dayandırılması, Fələstin müqavimət hərəkatının tərksilah edilməsi və İsrail ordusunun Qəzzadan mərhələli şəkildə çıxarılması kimi əsas şərtlər yer alır.

İsrail ordusu 2023-cü ilin oktyabr ayından etibarən Qəzzayada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bu hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 66 mindən çox fələstinli həyatını itirib. İsrail isə beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını rədd etməkdə davam edir.

Həlak olanların sayına, dağıdılmış evlərin xarabalıqları altında qaldığı ehtimal edilən təxminən 11.000 nəfər daxil edilmir. Ekspertlər isə faktiki ölüm sayının Qəzza rəsmilərinin açıqladığı rəqəmlərdən də yüksək ola biləcəyini bildirirlər.

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində Qəzzada hərbi və insanlığa qarşı cinayətlər törətmək ittihamı ilə həbs orderi çıxarıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzada soyqırım törətdiyi qənaətinə gəlib. BMT və bir sıra insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq ediblər ki, bölgə artıq yaşamaq üçün yararsız hala düşüb. Bölgədə yaşanan ərzaq qıtlığı və xəstəliklər isə humanitar böhranı daha da dərinləşdirir.

Qeyd edək ki, rəsmi Vaşinqton uzun illərdir müttəfiqi olan İsrailə hər il 3,8 milyard dollar məbləğində hərbi yardım ayırır. 2023-cü ilin oktyabr ayından etibarən ABŞ İsrailin Qəzzadakı hərbi əməliyyatları və regionda apardığı digər müharibə fəaliyyətlərinə dəstək məqsədilə 22 milyard dollardan çox maliyyə vəsaiti ayırıb.

Araşdırma
İsrail Beyruta ağır zərbələr endirib, ölən və yaralananlar var
İraq sularında iki xarici neft tankerinə hücum olub, bir nəfər ölüb
Səkkiz ölkə İsrailin Ramazan ayında Əl-Əqsa məscidinə tətbiq etdiyi məhdudiyyətləri pisləyib
Yaxın Şərqdəki münaqişə neftin bahalaşmasına səbəb olub
Nazirlik: Ər-Riyad İranın neft yataqlarına yönələn yeni PUA hücumlarının qarşısını alıb
İsrailin Livan miqyasında hava hücumları nəticəsində ən azı 16 nəfər həlak olub, 26 nəfər yaralanıb
Qlobal enerji böhranı narahatlıqları artarkən, İran neft infrastrukturunu hədəf almağa davam edir
İsveçrənin qərbində baş verən avtobus yanğınında altı nəfər həlak olub
BMT: "İsrailin hücumları nəticəsində Livanda təxminən 700 min insan didərgin düşüb"
ABŞ ilə İsrailin İrana hücumları nəticəsində 193 uşaq həlak olub
Trampın ziddiyyətli bəyanatları və İranın Körfəzə hücumları bölgədə gərginliyi yüksək həddə çatdırdı
İsrail Livanın cənubuna ağır zərbələr endirib
Belçikada sinaqoqda partlayış baş verib, yaralanan olmayıb
ABŞ Səudiyyə Ərəbistanındakı səfirlik heyətinin ölkəni tərk etməsini istədi
İordan çayının Qərb sahilində daha iki fələstinli qətlə yetirilib
İran Amerika əsgərlərinin girov götürüldüyünü iddia edib, ABŞ bunu inkar edib
Rusiyanın raket hücumu Xarkovda yaşayış binasını vurdu: ölənlər və yaralananlar var
İsrail-ABŞ hücumları nəticəsində İranda 4 mindən çox mülki binaya ziyan dəyib
İsrail ordusu Livanın cənubunu bombalamağa davam edir
"Hizbullah" İsrailin Livandakı hərbi obyektlərinə ağır zərbələr endirib