SİYASƏT
2 dəqiqə oxuma
Şimali Koreya İsrailin Qəzzanı tamamilə işğal etmək planını pisləyib
Pxenyanın bəyanatı İsrailin Müharibə Nazirləri Kabinetinin avqustun 8-də Baş nazir Benyamin Netanyahunun Qəzzanı tamamilə yenidən işğal etmək üçün mərhələli planını təsdiqlədikdən sonra verilib
Şimali Koreya İsrailin Qəzzanı tamamilə işğal etmək planını pisləyib
Şimali Koreya İsrailin Qəzzanı tamamilə işğal etmək planını pisləyib / Reuters

Rəsmi Pxenyanın bəyanatında bildirilib ki, İsrail Nazirlər Kabinetinin bu qərarı beynəlxalq hüququ pozur və Fələstin ərazisini ələ keçirmək üçün "" niyyətləri ortaya qoyur.

Şimali Koreya İsrailin mühasirəyə alınmış Qəzzanı ilhaq və tamamilə işğal etmək planını pisləyib.

Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü avqustun 12-də "Korean Central News Agency"yə bildirib ki, İsrail Nazirlər Kabinetinin Fələstindəki Qəzza şəhərini tamamilə işğal etmək "qərarı" beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Pxenyanın bəyanatı İsrailin Müharibə Nazirləri Kabinetinin avqustun 8-də Baş nazir Benyamin Netanyahunun Qəzzanı tamamilə yenidən işğal etmək üçün mərhələli planını təsdiqlədikdən sonra verilib.

Sözçü bu addımın “İsrailin beynəlxalq səviyyədə tanınmış Fələstin ərazilərini ələ keçirmək niyyətini açıq şəkildə nümayiş etdirdiyini” bildirib və Qəzzanın Fələstin ərazisinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Şimali Koreyanın açıqlamasında “Qəzzada humanitar böhranı dərinləşdirən və Yaxın Şərqdə sülh və sabitliyi ehtiyatsızlıqla pozan bu torpaq zəbt cinayətini qətiyyətlə pisləyir və rədd edir” deyilib.

Sözçü əlavə edib ki, İsraili fələstinlilərə qarşı qanunsuz silahlı hücumlarını dərhal dayandırmağa və Qəzzanı tamamilə tərk etməyə çağırırıq.

İsrailin Qəzzada soyqırımı

İsrail mühasirəsindəki Qəzzada törətdiyi qırğında əksəriyyəti qadın və uşaqlar olmaqla 61.500-dən çox fələstinlini qətlə yetirib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, təxminən 11.000 fələstinlinin dağılmış evlərin dağıntıları altında qaldığı təxmin edilir.

Bununla belə, ekspertlər bildirirlər ki, əsl ölənlərin sayı Qəzza rəsmilərinin bildirdiyindən qat-qat çoxdur və 200 minə yaxın ola bilər.

Soyqırım zamanı İsrail mühasirəyə alınmış Qəzzanın böyük bir hissəsini viran qoyaraq, demək olar ki, bütün əhalini köçkün vəziyyətinə salıb.

Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın Qəzzada törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs olunmasına order verib.

İsrail həmçinin mühasirədə olan ərazilərdə fələstinlilərə qarşı apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə qarşı-qarşıyadır.

Araşdırma
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"