Türkiyə Respublikasının banisi, ulu öndər Mustafa Kamal Atatürk əbədiyyətə qovuşmasının 88-ci ildönümündə Anıtqəbirdə təşkil edilən rəsmi mərasim ilə yad olunub.
Anıtqəbirdəki mərasim saat 08.45-də rəsmi heyətin “Aslanlı yol”dan yürüşü ilə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qırmızı və ağ qərənfillərdən hazırlanmış ay-ulduzlu əklili Atatürkün məzarına qoyub.
Atatürkün 88 il əvvəl vəfat etdiyi saat 09.05-də bir dəqiqəlik sükut ilə yad edilərək dövlət himni oxunub.
Bir dəqiqəlik sükut zamanı dirəkdəki Türkiyə bayrağı yarıya qədər endirilib.
Tədbirin davam edən hissəsində Prezident R.T.Ərdoğan Anıtqəbirin xüsusi xatirə dəftərinə bu sözləri yazıb:
"Əziz Atatürk! Əbədi aləmə qovuşmağınızın 88-ci ildönümündə zati-alinizin, silahdaşlarınızın, istiqlal müharibəsinə rəhbərlik etmiş qazi məclisimizin möhtərəm üzvlərinin, vətənimizin əbədi varlıq möhürü olan şəhidlərimizin və millətimiz üçün ağır bədəllər ödəyən qazilərimizin xatirəsini rəhmətlə yad edirik. Bölgəmizin və dünyanın böhranlarla çarpışdığı bu çətin dövrdə Türkiyə Respublikasını 86 milyon vətəndaşı ilə birlikdə daha firavan gələcəyə daşımaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Millətimizlə məqsəd və ideal birliyi içində şəhid və qazilərimizin müqəddəs əmanəti olan bu cənnət vətəni inkişaf etdirməyə qətiyyətlə davam edəcəyik. Ruhunuz şad olsun."






















