Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Qızıl Aypara Cəmiyyətinin indiyədək bölgəyə 26 min tondan çox humanitar yardım materialı çatdırdığını, "Netanyahunun rəhbərlik etdiyi Sionist soyqırımı şəbəkəsinin" hücumlarının davam etdiyini bildirdi.
Ankarada keçirilən Türkiyə Qızıl Aypara Cəmiyyəti Mükafatları mərasimində çıxış edən dövlət başçısı Ərdoğan Təşkilatın humanitar fəaliyyətləri sayəsində dünyanın müxtəlif münaqişə bölgələrindəki könül coğrafiyamızda olan qardaşlarımızın yaddaşına həkk olunduğunu ifadə edərək, “Qızıl Aypara Cəmiyyəti Fələstində, Bosniyada, Əfqanıstanda, Somalidə, İraqda və Suriyada apardığı işlərlə könül coğrafiyamızdakı qardaşlarımızın yaddaşına həkk olunmuşdur” deyib.
Qızıl Aypara Cəmiyyəti Qəzzadakı fəaliyyətini xüsusi vurğulayan Prezident deyib: "Netanyahunun rəhbərlik etdiyi Sionist soyqırımı şəbəkəsinin hücumlarını davam etdirdiyi Qəzzada Qızıl Aypara Cəmiyyəti 26 min tondan çox humanitar yardımı bölgəyə çatdırdı”.
Ərdoğan çıxışında Qızıl Aypara Cəmiyyətinin 7 oktyabr tarixindən bəri Qəzzada qardaş süfrələrinə töhfə verərək, 30 min nəfərə isti yemək payladığını qeyd edib.
"Türkiyə məzlumlara yardım əlini uzadarkən, digər tərəfdən də qətliam şəbəkəsinin hüquq və tarix qarşısında cavab verməsi üçün əlindən gələni etməyə davam edəcəkdir", -deyən dövlət başçısı, həmçinin Nasist Almaniyası liderinin yolu ilə gedənlərə xəbərdarlıq edərək, “Bu gün Hitlerin yolu ilə gedənlər unutmasınlar ki, belə davam edərlərsə, aqibətləri də tarixdəki digər zalımlarınkı kimi olacaqdır”, -deyə vurğulayıb.

















