TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyənin ABŞ-dakı səfiri amerikalı senatorla ikitərəfli münasibətləri müzakirə edib
Türkiyənin ABŞ-dakı səfiri Sedat Önal yanvarın 7-də Vaşinqtonda senator Elissa Slotkin ilə görüşüb
Türkiyənin ABŞ-dakı səfiri amerikalı senatorla ikitərəfli münasibətləri müzakirə edib
Türkiyənin ABŞ-dakı səfiri amerikalı senatorla ikitərəfli münasibətləri müzakirə edib

Türkiyənin ABŞ-dakı səfiri Sedat Önal yanvarın 7-də Vaşinqtonda senator Elissa Slotkin ilə görüşüb. Hər iki tərəf görüşün məhsuldar keçdiyini bildirib.

Türkiyənin Vaşinqtondakı səfirliyinin rəsmi “X” hesabında yayılan məlumata görə, görüş zamanı Türkiyə–ABŞ münasibətlərində qarşılıqlı maraq doğuran mövzular, ikitərəfli əməkdaşlıq imkanları, eləcə də mövcud regional və beynəlxalq proseslər müzakirə olunub. Bildirilib ki, tərəflər iki ölkə arasında dialoq və koordinasiyanın davam etdirilməsinin vacibliyini də vurğulayıblar.

Mətbuata qapalı keçirilən görüşün detalları ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-ın rəhbərlik etdiyi F-35 qırıcı təyyarə proqramına yenidən daxil edilməsi çağırışını bir daha səsləndirib. O, bildirib ki, bu addım Vaşinqtonla münasibətlərin güclənməsinə və NATO-nun təhlükəsizlik çərçivəsinin möhkəmləndirilməsinə töhfə verə bilər.

Ərdoğan “Bloomberg”ə verdiyi müsahibədə Türkiyənin ‘‘F-35 proqramı’’ndan çıxarılmasını “ədalətsiz” adlandırıb və Donald Trampın yenidən ABŞ prezidenti seçilməsinin münasibətlərin daha konstruktiv əsasda bərpası üçün fürsət yaratdığını qeyd edib.

Türkiyə lideri ‘‘F-35’’ təyyarələrinin alınmasını “vacib və zəruri” hesab etdiyini vurğulayıb. O, həmçinin uzun müddətdir davam edən “Halkbank” işi və ABŞ-dan Türkiyəyə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün artırılması ilə bağlı danışıqların davam etdiyini bildirib.

Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib