Şərhlər
ŞƏRHLƏR
4 dəqiqə oxuma
''Türkiyə və digər orta güclər daha ədalətli qlobal nizamın formalaşmasına töhfə verə bilər''
Bu sözləri Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzin direktoru və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) keçmiş baş katibi, səfir Tomas Qreminger deyib
''Türkiyə və digər orta güclər daha ədalətli qlobal nizamın formalaşmasına töhfə verə bilər''
''Türkiyə və digər orta güclər daha ədalətli qlobal nizamın formalaşmasına töhfə verə bilər''
3 noyabr 2025

Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzin direktoru və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) keçmiş baş katibi, səfir Tomas Qreminger bildirib ki, ABŞ və Çin arasındakı rəqabət gücləndikcə Türkiyə və digər orta güclər daha proqnozlaşdırıla bilən və qaydalara əsaslanan beynəlxalq nizamı yenidən qurmaq məsuliyyətinə və imkanına malikdirlər.

İstanbulda keçirilən 9-cu ‘‘TRT World Forum 2025’’ çərçivəsində keçirilən “Yüksək Riskli Diplomatiyanın Qayıdışı: Orta Güclər və Yeni Çoxqütblü Nizam” adlı sessiyada çıxış edən Qreminger vurğulayıb ki, qlobal siyasətdə artan qeyri-müəyyənlik fonunda effektiv çoxqütblülüyün bərpasında orta güclər həyati rol oynayır.

“Türkiyə və digər orta güclər beynəlxalq nizamı qanunun aliliyinə və aydın normalara əsaslanan, proqnozlaşdırıla bilən çoxqütblü sistem çərçivəsində formalaşdırmaq üçün həm maraqlara, həm də imkanlara sahibdirlər. Onlar ABŞ və Çin arasındakı rəqabətə daimi cəlb olunmaq məcburiyyətində deyillər”, – deyə T.Qreminger qeud edib.

ATƏT-dəki təcrübəsinə əsaslanan T.Qreminger 1970-ci illərin Helsinki Prosesi kimi tarixi nümunələrə istinad edərək bildirib ki, neytral dövlətlər Soyuq Müharibə dövründə Avropanın təhlükəsizlik qaydalarının sabitləşməsinə töhfə veriblər.

O, Ukraynadakı müharibə bitdikdən sonra Avropa təhlükəsizlik arxitekturasını yenidən qurmaq üçün orta güclərin yeni bir koalisiyasına ehtiyac olacağını vurğulayıb. “Neytral və bitərəfli güclər artıq mövcud deyil, ona görə də bizə yeni bir koalisiya lazımdır’’,-deyə T.Qreminger vurğulayıb.

Türkiyəli diplomat Feridun Hadi Sinirlioğlunun 2024-cü ilin dekabrında ATƏT-in baş katibi vəzifəsinə başladığını xatırladan T.Qreminger deyib: “Mən Türkiyənin bu istiqamətdə düzgün investisiyalar yatırdığını görürəm. İstedadlı bir türk diplomatının ATƏT-in baş katibi vəzifəsinə təyin edilməsi Avropa təhlükəsizliyinin bərpasına qoyulan bir investisiyadır’’.

T.Qreminger bildirib ki, Türkiyənin çoxtərəfli əməkdaşlığı müdafiə edən və eyni zamanda müxtəlif tərəflərlə dialoqu davam etdirən unikal diplomatik mövqeyi sülh quruculuğu və institusional islahatlara böyük töhfə verir. O, qeyd edib ki, Ukraynadakı münaqişə hələ də davamlı sülhə çatmaqdan uzaqdır, lakin son bir il ərzində müəyyən irəliləyişlər müşahidə olunub.

O, həmçinin qeyd edib ki, Ukraynadakı tərəflər atəşkəs və həll danışıqlarını bərpa etməyə daha yaxındırlar. Bunun üçün ABŞ və Türkiyə kimi orta güclərin səyləri ilə ağıllı diplomatiyanın həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.

"Qlobal Yenidənqurma: Köhnə Nizamdan Yeni Reallıqlara" mövzusunda keçirilən ‘‘TRT World Forum 2025’’ ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında Cənubi Koreyanın Busan şəhərində baş tutan görüşdən bir neçə gün sonra keçirildi. Tramp bu görüşü “G2 zirvəsi” adlandıraraq Vaşinqton və Pekinin qlobal məsələlərdə birgə lider rolunu vurğuladı.

ABŞ-Çin əməkdaşlığının vacibliyini qeyd edən Tomas Qreminger ikiqütblü dünya nizamına qarşı xəbərdarlıq edərək dedi: “Bu iki gücün (ABŞ və Çin) strateji rəqabətini idarə etməsi və onu Tayvan kimi qızğın münaqişəyə çevirməməsi bizim xeyrimizədir. Heç kim bunu istəmir.”

Almaniya və Avropanın müharibədən sonrakı yenidən qurulmasını müzakirə etmək üçün 1945-ci ildə keçirilən Yalta Konfransına istinad edən T.Qreminger deyib: “Amma bizim xeyrimizə olmayan şey dünyanı Yalta üslubunda təsir dairələrinə bölmək və bu nizamı başqalarına zülm etmək üçün istifadə etməkdir. Biz bunu istəmirik’’.

O, vurğuladı ki, Vaşinqton və Pekin arasında ticarət və qlobal siyasətdə sabitlik hər kəs üçün faydalı olacaq. T.Qreminger həmçinin digər iştirakçıları kənarlaşdıran və çoxtərəfli qurumları zəiflədən hər hansı bir yanaşmaya qarşı xəbərdarlıq etdi. Bunun əvəzinə orta güclərin rəqabətin idarəolunan və qaydalara əsaslanan qalmasını təmin etmək üçün tarazlaşdırıcı rol oynaya biləcəyini qeyd etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Dünya beşdən böyükdür" şüarı ilə BMT-ni islahata çağırmasına münasibət bildirən Tomas Qreminger bildirib ki, o, Türkiyə liderinin baxışını bölüşür və qlobal birliyin İkinci Dünya Müharibəsindən sonra yaranmış köhnə güc strukturlarını aradan qaldırmalı olduğunu vurğulayır. T.Qreminger deyib:

“İkinci Dünya Müharibəsindən sonra formalaşmış köhnə dünyagörüşünü dəyişdirməliyik. Yeni bir əmək bölgüsü yaratmalıyıq. Mənim çağırışım yalnız BMT Təhlükəsizlik Şurasını islahata yönəltmək deyil – bu, əlbəttə ki, vacibdir – həm də bütün çoxtərəfli qurumları məqsədəuyğun, səmərəli və təsirli etməkdir’’.

Qreminger Türkiyənin daha ədalətli beynəlxalq sistem uğrunda müdafiəsini təriflədi və Ərdoğanın mövqeyini “qlobal qurumların islahatına təkan vermək üçün zəruri siyasi liderlik” kimi qiymətləndirdi.

Onun fikrincə Soyuq Müharibədən sonrakı Qərbin birqütblü, qaydalara əsaslanan dünya baxışı artıq nikbinliyini itirib. Yeni nizam yalnız supergüclərin hərəkətlərindən deyil, həm də orta güclərin bölgələr və ənənələr arasında əməkdaşlıq etmək qabiliyyətindən asılı olacaq.

Araşdırma
BMT 14 milyon insanın aclıq tәhlükәsi ilә üzlәşә bilәcәyi barәdә xәbәrdarlıq edib
Bölünmüş Sudan: nə üçün paralel hökumət dalana dirənmiş müharibədən daha təhlükəlidir?
Azərbaycan, Ermənistan və Cənubi Qafqazda sülhə gedən yol
Aİ-nin Türkiyə vətəndaşları üçün yeni viza qərarı: əsl islahat, yoxsa simvolik jest?
Leroy Sane "Qalatasaray"a transfer oldu
Atəşkəs xəttində: İran-İsrail münaqişəsinin qarışıqlığında Körfəz ölkələri necə hərəkət edəcək?
Ağ Evin qarşısında keçirilən nümayişdən bəzi şəkillər
Türkiyə qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində böyümənin parlaq nümunəsi kimi seçilir
İranla münaqişə gündəmdə olsa da, İsrail Qəzzada fələstinliləri öldürməyə və əlil etməyə davam edir
İsrail-İran gərginliyi və Hörmüz boğazı
İtaliyalılar vətəndaşlıq və iş müdafiəsi üçün referendumlara gedir
Türkiyədə Ukrayna-Rusiya sülh danışıqları: indiyədək bizə məlum olanlar
"Sülh üçün nüvə silahlarından" İstanbul danışıqlarına qədər İranın nüvə proqramı xronologiyası
Hərbi ekspertlər Pakistanla Hindistan arasında gedən hava döyüşünü diqqətlə izləyir
Osmanlı imperiyasının Britanya imperiyasına meydan oxuduğu Qut-ül Amarə müharibəsi
Süni intellektin insan mənşəyi ilə bağlı ayrı-seçkilik etməsi geniş tənqidlərə səbəb olub
Qlobal böhran şəraitində kosmosa getmək necə tamaşaya çevrilir?
“İsrail və digər hərbi cinayətkarlar” dünya məhkəmələrində mühakimə olunacaqlar
Trampın miqrasiya siyasətini yenidən formalaşdıra biləcək 225 illik qanun
Trampın mümkün bir müqavilə təklifi qarşısında İranın cavabı nə olacaq?