DÜNYA
1 dəqiqə oxuma
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Virus səbəbindən ilin əvvəlindən sentyabrın 2-dək hamısı 65 yaşdan yuxarı şəxslərdən ibarət 24 xəstə həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Afinada Qərbi Nil virusuna qarşı ağcaqanadlarla mübarizə çərçivəsində dərmanlama işləri davam edir

Virus səbəbindən ilin əvvəlindən sentyabrın 2-dək hamısı 65 yaşdan yuxarı şəxslərdən ibarət 24 xəstə həyatını itirib.

Yunanıstanda Qərbi Nil virusu epidemiyasında son bir həftədə 58 yeni yoluxma faktı aşkarlanaraq ümumi yoluxanların sayı 290-a yüksəlib.

Yerli mətbuatda virus səbəbindən ilin əvvəlindən sentyabrın 2-dək hamısı 65 yaşdan yuxarı şəxslərdən ibarət 24 xəstənin həyatını itirdiyi bildirilərkən, yoluxma hallarının 20 regional rəhbərlik daxilindəki 69 bələdiyyədə aşkarlandığı diqqətə çatdırılıb.

Xüsusilə Attika bölgəsində bu il virusun yayılmasının əvvəlki illərlə müqayisədə daha intensiv olduğu və yeni ərazilərdə də yoluxma hallarının qeydə alınmasının gözlənildiyi ifadə olunub.

Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) xəstəliyin nəzarət altına alınması üçün epidemioloji monitorinqin, ağcaqanadlarla mübarizə proqramlarının və fərdi qorunma tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini bəyan edib.