Şərhlər
MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
"The Alabama Solution" filmi Alabama həbsxanalarındakı sirləri üzə çıxarır
"The Alabama Solution" adlı sənədli filminin premyerası "Sundance" film Festivalı çәrçivәsindә baş tutdu. Film Alabama həbsxanalarındakı qaranlıq sirləri üzə çıxarır və sistemli problemləri ortaya qoyur.
00:00
"The Alabama Solution" filmi Alabama həbsxanalarındakı sirləri üzə çıxarır
Bu Sundance İnstitutunda təqdim olunan təsvir "Ələm Alabama Həlli" sənədli filmindən bir səhnəni göstərir. Filmin rejissoru Andrew Jarecki və Charlotte Kaufmandır, və o, 2025-ci il Sundance Film Festivalında rəsmi seçim kimi təqdim olunacaq. / AP

Alabama həbsxanalarındakı məhbuslar dəhşətli həyat şəraitini sənədləşdirən kinorejissorlara şokedici görüntülər təqdim ediblər. Andrev Cereki və Şarlotta Kaufman tərəfindən çəkilən "The Alabama Solution" sənədli filminin premyerası bu həftə “Park City”dəki “Sundance” film festivalında keçirildi.

Cereki və Kaufman 2019-cu ildən Alabama həbsxanaları ilә maraqlanmağa başlayıb. ‘’The Jinx’’ və ‘‘Capturing the Friedmans’’ filmləri ilə məşhurlaşan Cekeki və Kaufman ilk olaraq bir keşişin müşayiəti ilə həbsxananın həyətində keçirilən dini ayin zamanı qadağan olunmuş ərazilərə daxil olublar. Burada məhbuslar kinorejissorlara içəridəki həyat haqqında şokedici məlumatlar veriblər.

‘’Associated Press’’ ştatın həbsxana sistemindəki problemlər haqqında geniş məlumat yayıb. Bunlara zorakılıq, işçilәrin azlığı və həbsxanaların tikintisi üçün pandemiya fondlarından sui-istifadə daxildir. O vaxt onlar illərdir sistemdəki dəhşətli şəraiti və köklü korrupsiyanı ifşa etməyə çalışan Melvin Rey və Robert Erl Council adlı məhbuslarla əlaqə saxlayıblar. Onlar qaçaqmalçılıq yolu ilə gətirilən mobil telefonlar vasitəsilə kinorejissorlara məlumat ötürüblər.

Kaufman deyib: "Biz onların təhlükəsizliyindən çox narahatıq və bu, onlarla ilk tanış olduğumuz gündən belədir. Onlar on illərdir ki, bunu edirlər və filmdə gördüyünüz kimi, məhbuslardan çox ekstremal şəkildə qisas alıblar."

Filmin premyerasında Şarlotta Kaufman Kounsil ilə əlaqə saxlayıb, mikrofonu mobil telefona yaxınlaşdıraraq onun çıxış etməsinə imkan yaradıb. Məhbusların ailə üzvləri də tamaşaçılar arasında olub. Onlar arasında 2019-cu ildə Viliam E.Donaldson həbsxanasında tanınmaz dərəcədə döyülərək öldürülən Stiven Devisin anası Sandi Rey də var idi. Həbsxana rəsmiləri Devisin silahlarını yerə qoymaq istəmədiyi üçün öldürüldüyünü bildiriblər, lakin məhbuslar tamamilə fərqli məlumatlar veriblər.

Nyu-Yorkda 12 il həbsdə yatmış Aleks Duran da filmin çəkilişinə kömək edib. "Bu filmdə gördükləriniz bütün ölkədə baş verir", - deyə A.Duran vurğulayıb.

MƏNBƏ:TRT Global
Araşdırma
Skopyedə "Türk dilinə töhfə vermiş simalar" sərgisinin açılışı olub
Ankarada Frigiya dövrünə aid 2800 illik arxeoloji tapıntı aşkar edilib
23-cü Dövlət Türk Sənətləri Müsabiqəsi başlayır
Göbəklitəpə 12 il ərzində 4 milyon 400 min ziyarətçi qəbul edib
33-cü "İstanbul Caz Festivalı" start götürüb
VIII Etnosport Mədəniyyət Festivalı başladı
Burhanettin Duran: ""Türk mətbəxi həftəsi" güclü sivilizasiya irsimizi yaşadır"
Beynəlxalq Şekspir Festivalı ABŞ-də mükafata layiq görüldü
Fotoqraf Saher Alghorra Qəzzadakı fəaliyyətinə görə Pulitzer mükafatına layiq görülüb
Daha bir tarixi əsər Türkiyəyə qaytarıldı
TRT-nin təşkil etdiyi növbəti Humanitar Film Festivalı üçün müraciətlər başlayıb
İspaniyalı sənətçilər müharibələrin dayandırılması və Fələstin üçün azadlıq tələb ediblər
98-ci “Oskar” mükafatı qalibləri müəyyən olub
TRT-nin ''Göy qurşağı faşizmi'' sənədli filmində LGBTQ təbliğatının qlobal təsirləri təhlil edilir
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir
Karahantəpə 2025-ci ilin ən mühüm arxeoloji kəşfləri sırasında
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək
Dünya şöhrətli rejissor Rob Reyner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıb
Yaponiyalı alimlər tibb və kimya üzrə Nobel mükafatına layiq görülüblər
Türkiyə Anadoluya aid tarixi əsərlərin ABŞ-dan geri qaytarılmasını alqışlayıb