DÜNYA
2 dəqiqə oxuma
BMT Təhlükəsizlik Şurası RSF-nin təşəbbüsünü rədd edərək, Sudanda atəşkəsə çağırdı
Əl-Faşərdə dərhal atəşkəsə çağıran Şura, RSF-nin birtərəfli fəaliyyətinin münaqişənin dərinləşməsi riski olduğunu bildirdi
BMT Təhlükəsizlik Şurası RSF-nin təşəbbüsünü rədd edərək, Sudanda atəşkəsə çağırdı
Sudan / Reuters

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Sudanın Çevik Reaksiya Qüvvələrinin (RSF) paralel inzibati hakimiyyət elanını rədd edərək, bunun ölkənin birliyini, ərazi bütövlüyünü və regional sabitliyini təhdid etdiyini bildirib.

Şuranın yaydığı bəyanatda deyilib: "Təhlükəsizlik Şurasının üzvləri Çevik Reaksiya Qüvvələrinin nəzarətində olan ərazilərdə paralel inzibati hakimiyyətin yaradılması barədə elanı rədd etdilər. Bu addım ölkəni parçalaya və humanitar böhranı daha da şiddətləndirə bilər və bundan narahatlıq duyulur.

Şura Sudanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqliyini "birmənalı olaraq" təsdiqləyərək, bu prinsipləri pozan birtərəfli addımların həm Sudanın gələcəyini, həm də daha geniş regionda sülhü təhlükə altına atdığını vurğulayıb.

BMT Təhlükəsizlik Şurasının iyun ayında qəbul etdiyi 2736 saylı qətnaməyə istinad edən üzvlər RSF-dən Şimali Darfurun paytaxtı və əsas humanitar mərkəz olan Fəşirin mühasirəsini ləğv etməyi və aclıq və həddindən artıq ərzaq qıtlığı xəbərlərinin ortaya çıxdığı ətraf rayonlarda döyüşləri dayandırmağı tələb ediblər.

"Təhlükəsizlik Şurasının üzvləri RSF-ni Əl-Faşərə humanitar yardımların maneəsiz çıxışını təmin etməyə çağırıblar", - bəyanatda RSF-nin şəhərə yeni hücuma başladığına dair məlumatlara diqqət çəkilib.

BMT-nin İnsan Hüquqları Bürosu ilkin məlumatı açıqlayıb ki, RSF-nin avqustun 11-də həyata keçirdiyi hücumda ən azı 57 mülki şəxs, o cümlədən Əbu Şuk düşərgəsində 40 köçkün həlak olub.

Şura həmçinin müxtəlif tərəflərin Sudanın Kordofan bölgəsində ağır mülki itkilərə səbəb olan və humanitar əməliyyatları dayandıran son hücumlarını pisləyib.

Dialoqa Çağırış

Şura üzvləri vurğulayıblar ki, danışıqların bərpası münaqişənin sona çatması, davamlı atəşkəsin təmin edilməsi və Sudanın bütün siyasi və sosial aktorlarının iştirak etdiyi siyasi həll yolunun açılması üçün həyati əhəmiyyət kəsb edir.

Üzvlər bütün tərəfləri mülki insanları müdafiə etməyə, beynəlxalq hüquqa riayət etməyə və ciddi pozuntulara görə məsuliyyət tələb edən 2736 saylı qətnaməni dəstəkləməyə çağırıblar.

Bəyanatda həmçinin bütün dövlətlər münaqişəni alovlandıra biləcək hərəkətlərdən çəkinməyə və davamlı sülh üçün səyləri dəstəkləməyə çağırılıb.

Qeyd edək ki, RSF hazırda Şimali və Qərbi Kordofanın bəzi hissələrinə, həmçinin Cənubi Kordofan və Mavi Nil əyalətlərindəki ərazilərə və Darfurun beş əyalətindən dördünə nəzarət edir.

Sudan ordusu ilə RSF arasında toqquşmalar 2023-cü ilin aprelindən bəri davam edir və BMT-nin məlumatına görə, 20 mindən çox insanın ölümü və 14 milyondan çox insanın didərgin düşməsi ilə nəticələnib.

ABŞ universitetinin araşdırmasına görə, ölənlərin sayı təxminən 130.000-dir.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi