SİYASƏT
1 dəqiqə oxuma
Merts: "Əsgər sayının azaldılmasına baxmayaraq, ABŞ Almaniyanın "ən vacib tərəfdaşı" olaraq qalır"
Almaniya Kansleri artan diplomatik gərginliyə baxmayaraq, Amerika Birləşmiş Ştatlarının ölkəsinin NATO daxilindəki ən vacib tərəfdaşı olmağa davam etdiyini bir daha vurğulayıb
Merts: "Əsgər sayının azaldılmasına baxmayaraq, ABŞ Almaniyanın "ən vacib tərəfdaşı" olaraq qalır"
Almaniya Kansleri Fridrix Merts (Şəkil: ARXİV) / Reuters

Almaniya Kansleri Fridrix Merts NATO-da "Amerika Birləşmiş Ştatlarının Almaniyanın ən vacib tərəfdaşı olduğunu və belə də qalacağını" ifadə edib.

Merts "X" platformasındakı paylaşımında: "Ortaq bir hədəfimiz var: İranın nüvə silahı əldə etməsinə əsla icazə verilməməlidir", -deyə qeyd edib.

Mertsmayın 3-də verdiyi açıqlamada ABŞ-nin hazırda "Tomahawk" qanadlı raketlərini Almaniyada yerləşdirməyəcəyini bildirib. O, bu qərarın ABŞ Prezidentini tənqid etməsi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Kanslerin bu sözləri Vaşinqton və Berlin arasındakı gərginlik fonunda səslənib. Merts bu yaxınlarda ABŞ-ni İran müharibəsində bir "çıxış strategiyası"na malik olmamaqda tənqid etmiş; həmçinin danışıqlar zamanı amerikalıların İran rejimi tərəfindən "alçaldıldığını" söyləmişdi.

"Qüvvələrin azaldılması"

Merts ARD televiziyasına müsahibəsində deyib: "Amerikalıların hazırda özlərinə kifayət edəcək qədər silahı yoxdur. Obyektiv baxdıqda, ABŞ-nin bu növ silah sistemlərini tədarük etmək ehtimalı demək olar ki, yox dərəcəsindədir".

Digər tərəfdən, mayın 2-də Floridada çıxış edən ABŞ Prezidenti Donald Tramp ölkəsinin Almaniyadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırdığını qeyd edib. O, jurnalistlərin suallarına cavab olaraq: "Sayı xeyli azaldacağıq, 5 000-dən çox əsgəri geri çəkirik", -deyə bildirib.