DÜNYA
2 dəqiqə oxuma
Türkiyə və İndoneziya strateji tərəfdaşlıqlarını dərinləşdirir
Türkiyə ilə İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünə həsr olunan tədbir iki sessiyadan ibarət olub və hər iki ölkədən diplomatlar, alimlər və bürokratlar iştirak ediblər
Türkiyə və İndoneziya strateji tərəfdaşlıqlarını dərinləşdirir
Türkiyə və İndoneziya strateji tərəfdaşlıqlarını dərinləşdirir
16 oktyabr 2025

Oktyabrın 15-də Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfi (SETA) Ankarada Türkiyə-İndoneziya Tərəfdaşlıq Forumuna ev sahibliyi edib. Forumda ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Türkiyə ilə İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünə həsr olunan tədbir iki sessiyadan ibarət olub və hər iki ölkədən diplomatlar, alimlər və bürokratlar iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu bildirib ki, tərəfdaşlıq forumu iki ölkə arasındakı əlaqələrdə “yeni dönüş nöqtəsi” olacaq. Mustafa Tuzcu vurğulayıb ki, qlobal iqtisadiyyatda dərin dəyişikliklərə baxmayaraq həm Türkiyə, həm də İndoneziya G20 üzvləri olaraq güclü dayanıqlıq nümayiş etdirib və artım tempini qoruyub saxlayıblar.

Tuzcu həmçinin deyib ki, Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) ən böyük iqtisadiyyatı olan İndoneziya regional mərkəzə çevrilmək yolundadır.

Strateji tərəfdaşlar

İndoneziyanın İstanbuldakı baş konsulu Darianto Harsono 2050-ci ilə qədər yaşıl enerji, rəqəmsal transformasiya və avtomatlaşdırmanın önəminin artacağını qeyd edib. O, müdafiə sahəsində əməkdaşlığın Türkiyə-İndoneziya əlaqələrində əsas istiqamət olacağını vurğulayıb.

Harsono İndoneziyanın yeraltı sərvətlərini Türkiyənin texnoloji imkanları ilə birləşdirərək tərəfdaşlığın güclənməyə davam etdiyini və Qlobal Güney ölkələri kimi hər iki tərəfin innovasiyaların inkişafında məsuliyyət daşıdığını bildirib.

Tədbir çərçivəsində təşkil edilən “İkitərəfli və Sektoral Münasibətlər” adlı iclasda Türkiyə Xarici İşlər Nazirliyinin ikitərəfli siyasi məsələlər üzrə baş direktoru Korkut Güngen, ‘‘Synergy Policies’’in icraçı direktoru Dinna Prapto Raharja və İndoneziya Müdafiə Universitetinin professoru Anak Aqunq Banyu Pervita iştirak ediblər.

İclasda çıxış edən Korkut Güngen Türkiyə ilə İndoneziyanı G20 və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi çoxtərəfli platformalarda əməkdaşlıq edən “iki dost və strateji tərəfdaş” kimi xarakterizə edib.

Korkut Güngen deyib: "İndoneziya dəniz yollarının mərkəzində yerləşir. Məqsədimiz İndoneziyanın Türkiyə üçün daha güclü dialoq ortağı olmasıdır."

O, iqtisadiyyat və müdafiə kimi müxtəlif sahələrdə ikitərəfli əlaqələrin dərinləşməsinin davam etdiyini vurğulayıb və bu il Türkiyənin İndoneziyanın müdafiə sərgisində 25 şirkətlə iştirak etdiyini qeyd edib.

"Coğrafi baxımdan uzaq ola bilərik, amma dəyərlərimiz ortaqdır və tariximiz eyni ideya və ideallar üzərində qurulub," – deyə K.Güngen vurğulayıb.

İndoneziya Müdafiə Universitetinin professoru Anak Aqunq Banyu Pervita isə bildirib ki, Türkiyə və İndoneziya yeni yüksək səviyyəli diplomatik mexanizmlər inkişaf etdirə bilər.

Araşdırma
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''