TÜRKİYƏ
4 dəqiqə oxuma
Prezident Erdoğan "Al Jazeera" televiziyasına müsahibə verib
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyanın sabitliyinə dəstək verdiyini deyib
Prezident Erdoğan "Al Jazeera" televiziyasına müsahibə verib
Prezident Ərdoğan “Al Jazeera” televiziyasına danışdı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyanın sabitliyinə dəstək verdiyini bildirərək “yaxın zamanda” paytaxt Dəməşqə səfər edəcəyini bəyan edib.

Prezident Ərdoğan Qətərin Doha şəhərində yerləşən "Al Jazeera" telekanalına verdiyi müsahibədə gündəmdəki məsələləri dəyərləndirib.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bu yaxınlarda imzalanan təhlükəsizlik üzrə “Məkkə Müdafiə Sazişi”nin ABŞ ilə İran arasında gərgin bir dövrdə bağlanmasının dünya sülhü üçün mühüm mesaj təşkil etdiyini vurğulayan Ərdoğan deyib: “Davamlı sülhün tərəfdarı olduğumuzu bildirdik. Sülhün tərəfdarı kimi belə bir prosesi xüsusilə izləyən ölkələr olaraq, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı bu sülhün müdafiəçiləri kimi öz yerimizi tutduq. Sülhün müdafiəçiləri kimi bundan sonrakı prosesdə də sülhə can atan ölkələr olaraq bu yola davam edəcəyik”.

Prezident Ərdoğan əlavə edib: “Misir də arzu edərsə, bu üç ölkə ilə saziş bağlayar və qapısını açar”.

ABŞ-İsrail ilə İran arasındaki müharibə

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-İsrail ilə İran arasındakı müharibəyə toxunaraq, yaxın zamanda sülhün bərqərar olmasını arzu etdiyini bildirib.

Hörmüz boğazının bağlı qalmasının ciddi problem yaratdığına diqqət çəkən Ərdoğan deyib: “Bu fəallığı yaxın zamanda bərpa etməklə, dünya neft nəqlini qısa müddətdə açmaqla dünya neft axınındakı bu zənginliyi dayandırmamaq lazımdır. Biz bunun tərəfdarıyıq, İran da eyni şəkildə buna tərəfdardır. Ümidimiz odur ki, Hörmüz boğazında dəniz nəqliyyatı maneəsiz şəkildə açılarsa, bu, çox daha məqsədəuyğun olar”.

ABŞ-İsrailin İrana və Tehran rəhbərliyinin Körfəz ölkələrinə hücumları

ABŞ və İsrailin İrana zərbələrindən sonra Tehranın Körfəz ölkələrinə cavab hücumları qarşısında Türkiyənin mövqeyi barədə sualı cavablandıran Ərdoğan deyib: “Biz buralarda qətiyyən müharibənin deyil, sülhün tərəfdarıyıq. Lakin İsrail burada müharibənin əsas aktyorudur. İsrail burada müharibəni daim təhrik edib, müharibə tərəfdarı olub. Müharibə tərəfdarı olduğuna görə də digər ölkələr burada böyük ziyan çəkdilər. Bunun da əsas məsuliyyəti İsrailin üzərinə düşür”.

"Mən də yaxın zamanda Dəməşqə səfər edəcəyəmə ümid edirəm"

Prezident Ərdoğan Suriyada Prezident Əhməd Şara rəhbərliyindəki yeni hakimiyyətlə əlaqələr və İsrailin Suriyaya hücumları ilə bağlı bu fikirləri səsləndirib:

“Suriya ilə dövlət mexanizmlərimiz çox yaxşı münasibətdədirlər, bu birliyi, bu həmrəyliyi davam etdiririk. Suriya bizim qardaşımızdır, Suriyanı heç vaxt tək qoymayacağıq. Bu prosesdə Suriya qardaşlarının ona olan diqqət və qayğısını görəcək, heç narahat olmasınlar”.

Dövlət başçısı Türkiyənin Suriyanın sabitliyinə dəstəyi ilə bağlı suala belə cavab verib: “O ölkənin sabitliyi üçün Türkiyənin üzərinə nə düşürsə, biz bunu sonadək edirik və etməyə davam edəcəyik”.

Suriya Prezidenti Bəşər Əsəd rejiminin devrilməsinə aparan prosesdə Türkiyənin rolu haqqında isə Ərdoğan deyib: “Əlhəmdülillah, bunu istər Prezident Şara, istərsə də aidiyyəti şəxslər çox yaxşı bilirlər. Üzərimizə nə düşürdüsə, bunu sonadək etdik. Bundan sonrakı mərhələdə də etməyə davam edəcəyik. Ümid edirəm ki, mən də ən qısa zamanda Dəməşqə səfər edəcəyəm”.

İsrailin Livana hücumları

Livan Prezidenti Cozef Aunun Türkiyəyə səfərini və iki ölkə arasındakı münasibətləri dəyərləndirən Ərdoğan deyib: “Livana qarşı edilən bu hücumlar bizi ciddi şəkildə kədərləndirir. Cənab Prezidentlə burada görüşümüzü keçirdik. Bundan sonrakı prosesdə də Livana əlimizdən gələn dəstək nədirsə, bu dəstəyi verməyə davam edəcəyik”.

"Qəzzanı öz başına buraxa bilmərik"

İsrailin Qəzzaya davam edən hücumları ilə bağlı suala cavab olaraq Ərdoğan bunları deyib: “Qəzzanı öz başına buraxa bilmərik. Qəzza ilə bağlı üzərimizə düşən vəzifə nədirsə, bugünədək etmişik, bundan sonra da etməyə davam edəcəyik”.

İsraildəki siyasətçilərin və mətbuatın Türkiyəyə qarşı təcavüzkar mövqeyi haqqında suala Ərdoğan belə cavab verib: “Baxın, biz sizinlə müharibəni yox, sülhü, dünya sülhünü necə təmin edə biləcəyimizi danışırıq. Lakin Türkiyəyə sülh üçün deyil, müharibə üçün hücum edənlər olarsa, Türkiyə bu müharibədən də çəkinməz, qaçmaz. Bunu da çox açıq və dəqiq şəkildə bəyan edirəm. Belə bir şeyi yaşamaq istəmərik”.

ABŞ və Türkiyənin F-35 proqramına yenidən qoşulması

ABŞ ilə münasibətlərdən bəhs edən Ərdoğan deyib: “Hazırda, təbii ki, cənab Trampın F-35 təyyarələri ilə bağlı verdiyi vədi yerinə yetirməsini gözləyirik. O, bizə F-35-lərlə bağlı söz verib və bu vədin yerinə yetirilməsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir, bu sözün yerinə yetirilməsini gözləyirik”.

“Rusiya ilə münasibətlərimiz çox yaxşıdır”

Moskva ilə əlaqələrə də toxunan Ərdoğan deyib: “Rusiya ilə münasibətlərimiz çox yaxşıdır. Əlaqələrimizi daim telefon diplomatiyası ilə davam etdiririk. Aidiyyəti nazirlərimiz davamlı olaraq Rusiyadakı həmkarlarına zəng edirlər, onlar da mənim müvafiq nazirlərimə zəng edirlər. Beləliklə, danışıqlarımızı davam etdiririk”.

"Bizim üçün prioritet Avropa İttifaqı deyil"

Avropa İttifaqı (Aİ) və Türkiyə münasibətləri barədə sualları cavablandıran Ərdoğan bunları qeyd edib:

“Avropa 53 ildir Türkiyəni gözlədir kimi, bundan sonrakı mərhələdə də qəbul etməyi düşünmür, lakin biz qapımızı bağlamamışıq. Biz hələ də Avropa İttifaqına daxil olmağı düşünürük. Qəbul etsələr də nə yaxşı, etməsələr də nə yaxşı. Bizim üçün prioritet Avropa İttifaqı deyil, lakin Aİ-yə daim deyirik: itirən siz olacaqsınız, Türkiyə yox”.

Ərəb dünyasına müraciət edən Ərdoğan: “Hər birinə salamlarımı və sevgilərimi göndərirəm. Biz onların hamısını sevirik. Biz birik, bərabərik, güclüyük, təki bir-birimizi incitməyək, küsdürməyək, bir yerdə olmağa davam edək”, -deyə sözlərini yekunlaşdırıb.

Araşdırma
Türkiyənin Suriyadakı səfiri N.Yılmaz iki ölkə arasındakı məsələlər haqqında danışıb
TRT qazaxıstanlı jurnalistlərə mediada süni intellektdən istifadə təlimi verəcək
Türkiyə Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
Hakan Fidan Misirə etdiyi səfərlə bağlı paylaşım edib
R.T. Ərdoğan AK Partiyanın 25-ci ildönümü münasibətilə məqalə qələmə alıb
Prezident Ərdoğan şəhid ailələri və qaziləri qəbul edib
Nəmrut dağında gün batımı izdihamı
Türkiyə–Pakistan–Səudiyyə Ərəbistanı müdafiə sazişi regional təhlükəsizliyi gücləndirəcək
Türkiyədə "Kuriş" cinayətkar qruplaşmasına qarşı əməliyyat keçirilib
Neçirvan Bərzani "Terrorsuz Türkiyə" prosesi ilə bağlı çərçivə qanununu dəstəkləyib
Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb