SİYASƏT
1 dəqiqə oxuma
CHP-nin 2023-cü ilin noyabrında keçirilən qurultayının nəticələri ləğv olunub
Cümhuriyyət Xalq Partiyasının 2023-cü ilin noyabrında keçirilən qurultayının nəticələri ləğv olunub
CHP-nin 2023-cü ilin noyabrında keçirilən qurultayının nəticələri ləğv olunub
CHP-nin 2023-cü ilin noyabrında keçirilən qurultayının nəticələri ləğv olunub / AA

Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının 2023-cü ilin noyabrında keçirilən qurultayının nəticələri ləğv olunub. Məlumata görə, bununla bağlı Ankara Bölgə Ədalət Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, sözügedən qurultayda seçilmiş Mərkəzi İcra Komitəsi (MYK), Partiya Məclisi (PM) və Yüksək İntizam Şurası (YDK) üzvləri məhkəmənin yekun qərarı qüvvəyə minənə qədər müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb. Məhkəmənin yekun qərarı çıxarılana qədər partiya orqanlarının fəaliyyətini müvəqqəti olaraq Kamal Kılıçdaroğlu və 2023-cü ilin noyabr qurultayından əvvəl vəzifədə olan keçmiş rəhbərlik icra edəcək.

Bu addım Ankara 42-ci Birinci İnstansiya Hüquq Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli qərarına qarşı edilən apelyasiya şikayətinə baxılmasından sonra atılıb. Ankara Bölgə Ədalət Məhkəməsi aşağı instansiya məhkəməsinin "işin mahiyyətinə baxılmadığı üçün qərar çıxarılmasına ehtiyac olmadığı" barədə verdiyi ilkin qərarı ləğv edərək, əsas iddia üzrə apelyasiya şikayətlərini qəbul edib. Bununla da sözügedən qurultay və qurultaydan sonra qəbul edilmiş bütün qərarlar ləğv olunub.

Beləliklə, qurultayda Cümhuriyyət Xalq Partiyasının sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.

Araşdırma
Nikol Paşinyan:"Bizim Rusiya hərbi bazasına ehtiyacımız yoxdur"
Donald Tramp:"Ümid edirəm ki, İranla müharibənin bitməsinə az qalıb''
Hakan Fidan Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib