DÜNYA
1 dəqiqə oxuma
Rusiya: Belqorod vilayətinə Ukraynanın raket hücumu nəticəsində altı nəfər həlak olub
Hücumda dörd nəfər də yaralanıb
Rusiya: Belqorod vilayətinə Ukraynanın raket hücumu nəticəsində altı nəfər həlak olub
(ARXİV) Belqorod vilayətində Ukraynanın raket hücumunda 6 nəfər həyatını itirdi

Rusiyanın Belqorod vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev Ukraynanın vilayətə raket zərbəsi endirməsi nəticəsində altı nəfərin həlak olduğunu bildirib.

Şuvayev sosial media hesabında etdiyi paylaşımda Ukrayna ordusunun Belqorod vilayətinin Koloskovo kəndinə raket hücumu həyata keçirdiyini qeyd edib.

Hücum nəticəsində bir binada yanğın baş verdiyini bildirən Şuvayev deyib: "Altı nəfər həyatını itirib. Biri uşaq olmaqla dörd nəfər yaralanıb".