Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial şəbəkə hesabında 27 Sentyabr Ümumdünya Turizm Günü münasibətilə paylaşım edib. Nazir M.N.Ersoy mesajında Türkiyənin hər guşəsində kəşf ediləcək bir gözəlliyin və danışılacaq bir hekayənin olduğunu vurğulayıb.
Nazir M.N.Ersoy deyib:
"Bənzərsiz təbiətimiz, köklü mədəniyyətimiz və qonaqpərvərliyimizlə dünyanı ölkəmizdə qəbul etməkdən qürur duyuruq. Turizmi dörd fəslə və 81 vilayətimizə yaymaq, təbii və mədəni irsimizi qoruyaraq gələcək nəsillərə ötürmək üçün çalışırıq. Türkiyənin gözəlliklərini dünyaya tanıdan bütün turizm sahəsindəki əməkdaşlarımıza və sektor tərəfdaşlarımıza səmimi qəlbdən təşəkkür edirəm. 27 Sentyabr Ümumdünya Turizm Günü mübarək olsun."
MƏNBƏ:TRT




















