TÜRKİYƏ
1 dəqiqə oxuma
COP31-də Mustafa Kamal Atatürkün xatirəsi anılıb
COP31 Konfransında Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib
COP31-də Mustafa Kamal Atatürkün xatirəsi anılıb
COP31-də Mustafa Kamal Atatürkün xatirəsi anılıb

Türkiyənin ev sahibliyi ilə ilk dəfə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin 31-ci Konfransında (COP31) Türkiyə Cümhuriyyətinin banisi Böyük Öndər Mustafa Kamal Atatürk vəfatının 88-ci ildönümündə saat 09:05-də bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq iqlim danışıqlarına ev sahibliyi edən Antalya EXPO ərazisində saatlar Atatürkün vəfat etdiyi saatı — 09:05-i göstərdikdə həyəcan siqnalı səslənib.

Həyəcan siqnalının səslənməsi ilə konfrans ərazisindəki fəaliyyətlərə fasilə verən yerli və xarici iştirakçılar Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım mərasimi ilə əlaqədar konfrans ərazisindəki Türkiyə bayraqları ilə Birləşmiş Millətlər Təşkilatının bayraqları yarıya qədər endirilib.

Müxtəlif ölkələrdən konfransa qatılan nümayəndə heyətləri, könüllülər, mətbuat mənsubları və əməkdaşlar da sükut duruşuna qoşulublar.