DÜNYA
1 dəqiqə oxuma
Ukrayna Türkiyədə üçtərəfli sülh sammitinə hazır olduğunu bəyan edib
Zelenski Kiyevin Türkiyənin Ukrayna və Rusiya arasında danışıqlara ev sahibliyi etməsinə hazır olduğunu bildirib
Ukrayna Türkiyədə üçtərəfli sülh sammitinə hazır olduğunu bəyan edib
Zelenski Ukraynanın Türkiyənin ev sahibliyi edəcəyi liderlər sammitinə hazır olduğunu bildirib. / AA

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Türkiyənin Ukrayna və Rusiya arasında danışıqlara ev sahibliyi etməsinə hazır olduğunu bildirib

Bəyanat Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra verilib.

Zelenski Prezident Ərdoğanın sammitə ən yüksək səviyyədə ev sahibliyi etməyə hazır olduğunu təsdiqlədiyini bildirib.

İki lider Qara dənizdə təhlükəsizlik məsələsini də müzakirə edib.

Rusiya ilə ehtimal olunan dəniz atəşkəsi və region vasitəsilə ərzaq daşınması marşrutlarının qorunması məsələləri də müzakir olunub.

Zelenski, həmçinin Türkiyənin konstruktiv rolunu yüksək qiymətləndirərək onu "Qara dənizdə Ukraynanın çox güclü tərəfdaşı" adlandırıb.

İki ölkə arasındakı azad ticarət sazişinə də toxunan Zelenski Kiyev və Ankaranın qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollardan 10 milyard dollara çatdırmağı hədəflədiyini bildirib.

Zelenski "Ölkələrimiz arasındakı ticarəti 1 milyard dollardan 10 milyard dollara çatdırmaq qərarı verdik. Bu istiqamətdə irəliləyirik. Çox yaxşı nəticələr əldə edirik" ifadələrini işlədib.