Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Yunanıstanın paytaxtı Afinada Yunanıstan Milli Kəşfiyyat Təşkilatının rəhbəri Temistoklis Demiris ilə Afinada görüş keçirib.
Görüşdə ikitərəfli əlaqələr və regional proseslər müzakirə edilib, problemlərin həlli üçün atıla biləcək addımlar qiymətləndirilib.
Görüşdə iki ölkə münasibətlərinin Egey və Qərbi Aralıq dənizi, NATO təhlükəsizliyi, kəşfiyyat əməkdaşlığı, terror, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya və insan alverinə qarşı mübarizə sahələrində kritik əhəmiyyətə malik olduğu vurğulanan görüşdə ABŞ-İran müharibəsi, Suriyada yeni dövr, Liviyanın siyasi birliyi, Fələstin məsələsi, İsrailin Qəzza və İordan çayının Qərb sahilində davam edən pozuntuları və işğal siyasəti, Suriya və Livana istiqamətli İsrailin hücumları nəzərdən keçirilib.
İki ölkə arasında terror və mütəşəkkil cinayətkar qruplarla mübarizə sahəsində son dövrdə əldə olunan dinamikanın artaraq davam etməsi və strateji müstəviyə daşınması barədə ortaq qərara gəlinib.
MİT rəhbəri Kalın və EYP rəhbəri Demiris ikitərəfli və regional məsələlərdə xidmətlər arasında yaxın əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə razılığa gəliblər.






















