DÜNYA
2 dəqiqə oxuma
BMT: İsrail Qəzzada soyqırım törədir
Hesabatda qeyd olunur ki, İsrail prezidenti İsxak Hersoq, B.Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant soyqırıma təşviqedici bəyanatlar verib və bu çağırışlara görə İsrail hökuməti heç bir cəza tədbiri görməyib
BMT: İsrail Qəzzada soyqırım törədir
/ AP

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri İsraili Qəzzada "soyqırım" törətməkdə və bölgədəki fələstinliləri "məhv etməyə çalışmaqda" ittiham ediblər.

BMT-nin Müstəqil Təhqiqat Komissiyası (COI) bildirib ki, Qəzzada soyqırım törədilib və bu akt hələ də davam edir. Komissiyanın sədri, tanınmış hüquqşünas Navi Pilay AFP agentliyinə verdiyi müsahibədə qeyd edib ki, bu vəziyyətə görə məsuliyyət birbaşa İsrailin üzərinə düşür.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, müharibənin başladığı vaxtdan bəri Qəzzada təxminən 65 min insan həyatını itirib. Regionda yaşayan fələstinlilərin böyük əksəriyyəti isə ən azı bir dəfə məcburi köçkün vəziyyətinə düşüb. BMT bölgədə aclıq və humanitar fəlakət vəziyyətinin hökm sürdüyünü elan edib.

Komissiya qeyd edib ki, İsrail hakimiyyəti və silahlı qüvvələri 2023-cü ilin oktyabrından etibarən 1948-ci il Soyqırım Konvensiyasında göstərilən beş soyqırım aktından dördünü həyata keçirib.

Ekspertlər vurğulayıblar ki, İsrailin mülki və hərbi rəsmilərinin açıq bəyanatları və ordunun bölgədəki davranışı bu aktların Qəzza zolağındakı fələstinliləri qəsdən məhv etmək niyyəti ilə həyata keçirildiyini göstərir.

Hesabatda qeyd olunur ki, İsrail prezidenti İsxak Hersoq, B.Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant soyqırıma təşviqedici bəyanatlar verib və bu çağırışlara görə İsrail hökuməti heç bir cəza tədbiri görməyib.

Komissiyanın sədri Navi Pilay deyib:“Bu cinayətlərə görə məsuliyyət birbaşa İsrail rəhbərliyinin üzərinə düşür’’.

Komissiya hüquqi orqan statusuna malik olmasa da, onun hesabatları diplomatik təzyiq yaratmaq gücünə malikdir və gələcəkdə beynəlxalq məhkəmələr üçün sübut bazası rolunu oynaya bilər. Pilay həmçinin bildirib ki, komissiya artıq Beynəlxalq Cinayət Məhkəməsinin prokurorluğu ilə əməkdaşlıq edir və on minlərlə sənəd, fakt və məlumat paylaşılıb.

Yekun hesabatını təqdim edən Navi Pilay deyib:"Beynəlxalq ictimaiyyət İsrailin Qəzzada Fələstin xalqına qarşı həyata keçirdiyi soyqırım kampaniyası qarşısında səssiz qala bilməz’’.

Müharibə başladığı vaxtdan bəri İsrail bir çox vətəndaş cəmiyyəti təşkilatları və müstəqil BMT ekspertləri tərəfindən Qəzzada soyqırım törətməkdə ittiham olunub. Bu ittihamlar artıq beynəlxalq məhkəmələrdə də gündəmə gətirilib.

BMT rəsmi olaraq Qəzzadakı vəziyyəti “soyqırım” kimi tanımasa da, bu mövzu təşkilat daxilində dəfələrlə qaldırılıb. 2025-ci ilin may ayında BMT-nin humanitar yardım məsələləri üzrə rəhbəri dünya liderlərini “soyqırımın qarşısını almaq üçün qətiyyətli addımlar atmağa” çağırıb. Ötən həftə isə BMT-nin insan hüquqları üzrə ali komissarı İsrailin soyqırım ritorikasını tənqid edib.

Araşdırma
Rusiya: Ukraynada hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzini, gəmiləri, limanları vurduq
Nepal-Çin sərhədində baş verən daşqınlarda həlak olanların sayı 1300-ü keçdi
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub