TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyənin xarici işlər naziri H.Fidan Qətərə səfər edəcək
Səfər zamanı iqtisadi sabitlik və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsi diqqət mərkəzindədir
Türkiyənin xarici işlər naziri H.Fidan Qətərə səfər edəcək
Türkiyənin xarici işlər naziri H.Fidan Qətərə səfər edəcək

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan 19 iyul (bu gün) tarixində Qətərə rəsmi səfər edəcəyi gözlənilir. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazir H.Fidanın Qətər səfəri çərçivəsində keçirəcəyi görüşlərdə bir sıra mühüm məsələlər müzakirə olunacaq. İki ölkə arasında stratejik tərəfdaşlıq əsasında inkişaf edən münasibətlər və regional problemlər hərtərəfli şəkildə nəzərdən keçiriləcək.

Nazir H.Fidanın təmasları zamanı Türkiyənin Qətərə qarşı törədilən hücumlar qarşısında güclü həmrəyliyini və dəstəyini bir daha ifadə edəcəyi gözlənilir. Görüşlərdə həmçinin bu il Türkiyənin ev sahibliyi ilə keçirilməsi planlaşdırılan "12-ci Yüksək Strateji Komitə Toplantısı"nın hazırlıqları da nəzərdən keçiriləcək. Sözügedən iclasın Prezident Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd əl-Saninin həmsədrlikləri ilə təşkil olunması nəzərdə tutulub.

 

Müdafiə əməkdaşlığı və regional diplomatiya vurğusu

Nazir H.Fidan regiondakı hazırkı proseslərin hərbi və müdafiə sahəsindəki əməkdaşlığın strateji əhəmiyyətini bir daha ortaya qoyduğuna diqqət çəkəcək. Onun regional məsələlərin "regional sahiblənmə" anlayışı ilə və diplomatiya əsasında həll edilməsinin vacibliyini vurğulayacağı gözlənilir. Səfər zamanı həmçinin iqtisadi sabitlik və enerji təhlükəsizliyi baxımından vacib sayılan "nəqliyyat dəhlizləri" sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsi də diqqət mərkəzində olacaq.

 

Körfəzdə sabitlik və Qəzza üzrə sülh planı

Görüşlərin digər mühüm gündəm maddələrindən biri isə Körfəz bölgəsindəki sabitlik olacaq. Nazir H.Fidanın Körfəzdəki münaqişənin tamamilə aradan qaldırılması üçün aparılan danışıqlar barədə fikir mübadiləsi aparacağı gözlənilir. Eyni zamanda, gərginliyin yenidən artmasının qarşısını almaq məqsədilə həyata keçirilən diplomatik təşəbbüslər və vasitəçilik səyləri də müzakirə ediləcək.

Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin tam təmin olunmasının vacibliyini vurğulayacaq H.Fidanın İsrailin regiondakı sabitliyi pozan fəaliyyətlərinə qarşı diqqətli olmağın zəruriliyini qeyd etməsi planlaşdırılır. O, həmçinin Qəzzadakı vəziyyəti və Qəzza üzrə sülh planı çərçivəsindəki son prosesləri də qiymətləndirəcək.

 

İkitərəfli münasibətlər və ticarət hədəfi

Qeyd edək ki, Türkiyə və Qətər arasındakı əlaqələr 2014-cü ildə qurulan strateji tərəfdaşlıq çərçivəsində hər bir sahədə dərinləşməkdə davam edir. İki ölkə arasındakı ən yüksək səviyyəli institusional mexanizm olan Yüksək Strateji Komitənin son iclası 2025-ci il oktyabrın 22-də Dohada keçirilmişdi.

Tərəflər arası iqtisadi münasibətlərdə də sürətli inkişaf var. Belə ki, 2025-ci ildə 1,1 milyard dollar olan ticarət dövriyyəsinin növbəti dövrdə 5 milyard dollara çatdırılması hədəflənir. Bu çərçivədə, iki ölkə arasında 1 avqust 2025-ci il tarixində qüvvəyə minən Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişinin kommersiya əlaqələrinə böyük töhfə verəcəyi gözlənilir.

Xatırladaq ki, nazir Hakan Fidan Qətərə son rəsmi səfərini 2026-cı ilin 11-12 may tarixlərində reallaşdırmışdı.

MƏNBƏ:TRT
Araşdırma
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Prezident R.T.Ərdoğan Livan Prezidenti C.Aunu qəbul edib
“Sabiha Gökçen” hava limanı sərnişin artımına görə Avropanın nəhəng hava limanları geridə qoydu
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib
Türkiyə Prezidenti R.T.Ərdoğan Ankarada keçirilən İkinci Kommunikasiya Şurasında iştirak edib
Türkiyə dövləti İspaniyanın ardından Fransaya da yanğınsöndürən təyyarələr göndərdi
E.Makron Fransaya yanğınsöndürmə təyyarəsi göndərən Türkiyəyə təşəkkür edib
H.Fidan BMT-nin Baş katibi A.Quterreş ilə Kipr, Suriya və bir sıra regional məsələləri müzakirə edib
COP31-də könüllü olmaq istəyənlərin nəzərinə
Prezident R.T.Ərdoğan Ayasofyanın ibadətə açılmasının 6-cı ildönümünü münasibəti ilə paylaşım edib
Türkiyə “Eurofighter” təlimi üçün Böyük Britaniyaya ilk pilotlarını göndərir
NATO-nun "Ön qapı" təşəbbüsü Türkiyə ilə müdafiə əməkdaşlığının gücləndirilməsinə imkan yaradır
ASEAN Türkiyəyə Dialoq Tərəfdaşı statusu verdi