TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə ixracatda yeni uğura imza atdı
Türkiyə yeddi Afrika ölkəsini Orta Dəhliz ticarət marşrutu ilə birləşdirmək məqsədilə həmin ölkələrlə qarşılıqlı anlaşma memorandumu imzalayıb
Türkiyə ixracatda yeni uğura imza atdı
/ AA Archive

Ticarət naziri Ömər Bolatın verdiyi məlumata görə, Türkiyənin ixracatı iyun ayında son bir ilin ortalamasına əsasən 267 milyard ABŞ dollarına çataraq bütün dövrlərin ən yüksək göstәricisi kimi qeydə alınıb. Bu nailiyyət ölkənin qlobal ticarətdə təsir gücünü artırmaq istiqamətində atdığı addımlar baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

İyulun 2-dә (bu gün) Türkiyə Ticarət Nazirliyi tərəfindən açıqlanan rəsmi məlumatlara əsasən, tәkcә iyun ayında ixracat illik müqayisədə 8 faiz artaraq 20,54 milyard dollar olub. Bu göstərici son bir il ərzində aylıq əsasda qeydə alınan ən kəskin artım hesab olunur.

Eyni dövrdə idxal isə 15,3 faiz artaraq 28,7 milyard dollara yüksəlib. Bu nəticə iyun ayında xarici ticarət balansında 8,17 milyard dollarlıq kəsir yaradaraq ixracat nisbətini 71,5 faiz səviyyəsində müəyyənlәşdirib.

2025-ci ilin ilk yarısında Türkiyənin ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 131,44 milyard dollara çatıb. İdxal isə illik müqayisədə 7,2 faiz artımla 180,87 milyard dollara yüksəlib.

Altı aylıq dövrdə ölkə 49,43 milyard dollarlıq ticarət kəsiri verib, ixracat-idxalat nisbəti isə 72,7 faiz olaraq qeydə alınıb.

 

Afrika ilə ticarət gücləndirilir

Rekord səviyyəli ticarət göstəriciləri Türkiyənin Afrika ölkələri ilə iqtisadi əlaqələrini yeni razılaşmalar vasitəsilə dərinləşdirdiyi bir dövrə təsadüf edir.

Bu həftə İstanbulda keçirilən “Qlobal Nəqliyyat Dəhlizləri Forumu” çərçivəsində Türkiyə Orta Dəhliz ticarət marşrutu ilə yeddi Afrika ölkəsini birləşdirmək üçün qarşılıqlı anlaşma sənədləri imzalayıb. Orta Dəhliz Çindən başlayaraq Orta Asiya və Türkiyə üzərindən Avropaya uzanan yeni Avrasiya ticarət xətti kimi diqqət çəkir.

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu forum zamanı Burkina Faso, Konqo, Cibuti, Efiopiya, Qana, Qvineya, Mərakeş, Somali, Mavritaniya, Liberiya, Namibiya, Fil Dişi Sahili və Misirdən yüksək səviyyəli nümayəndələrin iştirak etdiyini bildirib. Forumda Afrikanın qlobal logistika və tranzit dəhlizlərinə inteqrasiyasına həsr olunmuş xüsusi sessiya təşkil olunub.

A.Uraloğlu vurğulayıb ki, bu tərəfdaşlıqlar tәkcә infrastrukturla məhdudlaşmır, eyni zamanda Türkiyə ilə Afrika qitəsi arasında davamlı ticarət və strateji əlaqələrin qurulmasını hədəfləyir. Nazir A. Uraloğlu hәmçinin, Afrika iqtisadiyyatının daha geniş tədarük zəncirlərinə daxil edilməsinin əhəmiyyətinə diqqət çəkib.

MƏNBƏ:TRT Global
Araşdırma
Nəmrut dağında gün batımı izdihamı
Türkiyə–Pakistan–Səudiyyə Ərəbistanı müdafiə sazişi regional təhlükəsizliyi gücləndirəcək
Türkiyədə "Kuriş" cinayətkar qruplaşmasına qarşı əməliyyat keçirilib
Neçirvan Bərzani "Terrorsuz Türkiyə" prosesi ilə bağlı çərçivə qanununu dəstəkləyib
Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb