ELM VƏ TEXNOLOGİYA
3 dəqiqə oxuma
SAHA 2026 müdafiə və aviasiya sərgisi İstanbulda start götürüb
“Baykar”, ASELSAN və ROKETSAN kimi Türkiyənin müdafiə sənayesi nəhəngləri sərgidə yeni texnologiyalarını nümayiş etdirəcək
SAHA 2026 müdafiə və aviasiya sərgisi İstanbulda start götürüb
SAHA 2026 müdafiə və aviasiya sərgisi İstanbulda start götürüb / AA

Türkiyənin SAHA 2026 Beynəlxalq Müdafiə və Aviasiya Sərgisi mayın 5-də İstanbul Sərgi Mərkəzində qapılarını ziyarətçilərin üzünə açıb. Sərgidə 120-dən çox ölkədən 263 beynəlxalq şirkət və 30 mindən artıq sahə mütəxəssisi ilə yanaşı, 1700 şirkət iştirak edir.

Tədbir Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul” tərəfindən təşkil olunur. Bildirilir ki, keçirilən sərgi mayın 9-dək İstanbul Sərgi Mərkəzində ziyarətçiləri qəbul edəcək.

Ümumilikdə 400 min kvadratmetr qapalı və açıq sahədə təşkil edilən SAHA 2026-da 20 min kvadratmetr ərazi açıq hava sərgi sahəsi kimi ayrılıb. Bu isə “SAHA” sərgisini indiyədək təşkil edilən ən böyük tədbirlərdən birinə çevirib.

Sərgidə 263 beynəlxalq şirkət də daxil olmaqla, 1700-dən çox şirkət və 120-dən artıq ölkədən 30 mindən çox sahə mütəxəssisi iştirak edir.

SAHA 2026 zamanı ümumilikdə 203 yeni məhsul təqdim ediləcək və 164 imzalama mərasimi keçiriləcək. Tədbirdə imzalanacaq ixrac müqavilələrinin ümumi dəyərinin SAHA 2024-də qeydə alınan 6,2 milyard dollardan bu il ən azı 8 milyard dollara yüksələ biləcəyi bildirilir.

Tədbirdə Avropa, ABŞ və Kanada şirkətlərinin iştirakı ön plana çıxarkən, dörd qitədən çox sayda şirkət, şirkət nümayəndəsi, rəsmi heyət, ticarət heyəti və ziyarətçi İstanbulda bir araya gəlir.

Bir çox yüksək texnologiyalı və yenilikçi məhsul SAHA 2026-da ilk dəfə qlobal ekosistemə təqdim ediləcək. Sərgi çərçivəsində Ataköy Marinasında yerli imkanlarla hazırlanmış pilotsuz dəniz vasitələri də nümayiş olunur.

 

Türkiyənin müdafiə şirkətləri yeni texnologiyaları təqdim edəcək

SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək.

Türkiyənin PUA istehsalçısı “Baykar” 1000 kilometrdən çox uçuş mənzili və süni intellekt dəstəkli avtonom imkanları ilə diqqət çəkən, milli və yerli imkanlarla hazırlanmış süni intellekt dəstəkli MIZRAK sursatını nümayiş etdirəcək.

“Baykar”ın K2 kamikadze PUA-sı və “Sivrisinek” adlı sursatı da SAHA 2026 sərgisində ilk dəfə sərgilənəcək.

Türkiyənin digər müdafiə sənayesi nəhəngi ASELSAN isə beş yeni məhsul və mövcud məhsullarının təkmilləşdirilmiş altı versiyasını təqdim edərək gələcəyin milli texnologiyalarını qlobal müdafiə ekosistemi ilə bir araya gətirəcək.

ROKETSAN və FNSS müdafiə sistemləri şirkəti arasında əməkdaşlıq nəticəsində hazırlanmış və geniş şəkildə “lazer silahı” kimi tanınan Xüsusi Enerji Silah Sistemi Platforması da SAHA 2026-da əlavə imkanları ilə nümayiş etdiriləcək.

Türkiyənin müdafiə sənayesi nəhəngi ROKETSAN-ın ən yeni və ən qabaqcıl texnologiya məhsulları da sərgidə təqdim olunacaq. Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” şirkəti (STM) isə müasir döyüş meydanının ehtiyacları üçün hazırlanmış hava və dəniz sistemlərini ilk dəfə sərgiləyəcək.

Qeyd edək ki, sərgidə 140-dan çox rəsmi heyət, 800-dən artıq rəsmi heyət üzvü və 200-dən çox kommersiya tədarük heyətinin nümayəndəsi iştirak edir.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə fırlatdığı yeni peyklərlə kosmosda müstəqillik yolunda irəliləyir
Türkiyə 2.000 kilometr mənzilli yeni kamikadze PUA sistemini təqdim etdi
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır
NASA “Artemis II” missiyasına hazırlaşır
Cənubi Koreya Norveçlə müdafiə sənayesi sahəsində saziş bağlayıb
Böyük Britaniya və Fransada gənclər üçün sosial medianın qadağa edilməsi məsələsi müzakirə olunur
Türkiyə qlobal okeanların qorunması üzrə sazişin qüvvəyə minməsində mühüm rol oynayır
2025-ci il qeydlərə görə ən isti üçüncü il olub
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu
İstanbul Universiteti dəniz otlarını qorumaq üçün süni intellektdən istifadə etməyə başlayıb
Türkiyə şirkəti “Plan-S”in orbitdəki peyk sayı 16-ya çatıb
“Baykar” yeni investisiya planı çərçivəsində “Piaggio Aerospace”in istehsalını beş dəfə artıracaq
Dünyanın ən böyük kosmik tədbiri oktyabr ayında Türkiyədə keçiriləcək
"Tuba" dəniz tısbağası Türkiyənin Egey və Aralıq dənizinin şərq sahillərində  qalıb
Mehmet Kaçır: "Türkiyə Somalidə kosmodromun inşasına başlayacaq"
Süni intellektin idarəetmədəki rolu
Aİ "Google"un süni intellektə məlumatlardan istifadəsinə dair rəqabət əleyhinə araşdırma başladıb
Türkiyə TUA-nın sədrinin APSCO Şurasının rəhbəri seçilməsilə tarixi nailiyyət əldə etdi
Yaponiya süni intellekt istifadəsini kütləviləşdirir