İDMAN
1 dəqiqə oxuma
Türkiyə basketbol millisinin ulduzu Alperen Şengün “İlin İdmançısı” mükafatı siyahısına daxil edilib
“EuroBasket-2025”dəki çıxışı A.Şengülü mükafatın əsas namizədlərindən birinə çevirib
Türkiyə basketbol millisinin ulduzu Alperen Şengün “İlin İdmançısı” mükafatı siyahısına daxil edilib
Türkiyə basketbol millisinin ulduzu Alperen Şengün “İlin İdmançısı” mükafatı siyahısına daxil edilib / Reuters
24 dekabr 2025

Türkiyənin 2025-ci il Avropa Basketbol Çempionatında (EuroBasket) gümüş medal qazanmasında mühüm rol oynayan Alperen Şengün Balkan coğrafyası üzrə “İlin İdmançısı” mükafatı siyahısına daxil edilib.

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Houston Rockets” klubunun ulduz mərkəz oyunçusu və Türkiyə milli komandasının üzvü olan Alperen Şengün Bolqarıstan Xəbər Agentliyi (BTA) tərəfindən bu il 52-ci dəfə təşkil olunan mükafatlandırma çərçivəsində namizədlər arasında yer alıb.

Hər il keçirilən səsvermə Balkan ölkələri üzrə milli xəbər agentlikləri tərəfindən aparılır. Səsvermədə iştirak edən qurumlar sırasında “Anadolu” agentliyi də yer alır. A.Şengünün Avropa çempionatında nümayiş etdirdiyi performans onun mükafat üçün əsas namizədlərdən biri kimi seçilməsinə şərait yaradıb və regionun aparıcı idmançıları sırasında mövqeyini daha da möhkəmləndirib.

2025-ci il üzrə son 10 namizəd siyahısında Alperen Şengünlə yanaşı, David Popoviçi (üzgüçülük, Rumıniya), Distria Krasniqi (cüdo, Kosovo), Emmanuil Karalis (hündürlüyə tullanma, Yunanıstan), Zrinka Lyutiç (alp xizəyi, Xorvatiya), Nikola Yokiç (basketbol, Serbiya), Stefanos Duskos (avarçəkmə, Yunanıstan), Yannis Antetokunmpo (basketbol, Yunanıstan), Aleksandar Nikolov (voleybol, Bolqarıstan) və Karlos Nasar (ağırlıqqaldırma, Bolqarıstan) da yer alıb.

Bu ilki sorğuda ümumilikdə 47 idmançı namizəd göstərilib. Mükafatın qalibləri və səsvermənin bütün nəticələri fevralın 16-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək rəsmi mərasimdə açıqlanacaq.

MƏNBƏ:TRT