SİYASƏT
2 dəqiqə oxuma
Türkiyə İranda problemlərin dialoq yolu ilə həllini dəstəkləyir
AKP sözçüsü Ö.Çelik xüsusilə İsrail tərəfindən qızışdırılan müdaxilələrin regionda daha böyük böhranlara yol açacağını bildirib
Türkiyə İranda problemlərin dialoq yolu ilə həllini dəstəkləyir
Türkiyə İranda problemlərin daxili dialoq yolu ilə həllini dəstəkləyir / AA

Türkiyə dövləti qonşusu olan İrana qarşı istənilən xarici müdaxilənin həm bu ölkədə, həm də daha geniş regionda böhranları dərinləşdirəcəyi barədə xəbərdarlıq edib. Rəsmi Ankara İranın daxili problemlərinin dialoq və ölkənin öz sosial dinamikləri vasitəsilə həll olunmalı olduğunu bildirib.

Bu barədə, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və partiyanın sözçüsü Ömer Çelik yanvarın 12-də verdiyi açıqlamada bildirib. O, İranın dövlət institutlarında problemlərin olduğunu qeyd etsə də, rəsmi Ankaranın İranda xaos görmək istəmədiyini deyib.

Türkiyə Respublikası prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə keçirilən görüşdən sonra Ankarada partiyanın baş qərargahında təşkil olunan mətbuat konfransında çıxış edən Ö.Çelik deyib: “Qonşumuz İranda xaos arzulamırıq. Problemlərin həlli İran prezidenti cənab Məsud Pezeşkianın da ifadə etdiyi kimi, İran cəmiyyətinin öz daxili dinamikləri ilə baş verməli, İran dövlətinin öz milli iradəsi ilə həyata keçirilməlidir. İrana kənardan edilən müdaxilələr daha böyük böhranlara səbəb olur.”

Ömer Çelik bildirib ki, xüsusilə İsrail tərəfindən qızışdırılan müdaxilələr region boyunca daha böyük böhranlara və daha dərin sabitsizliyə yol aça bilər. Məsələnin danışıqlar, dialoq və daha geniş ünsiyyət yolu ilə həll olunmalı olduğunu vurğulayan Ö.Çelik deyib: “İsrail rəsmilərinin xüsusilə İrana yönəlik bəyanatlarına baxdıqda, bütün regionda daha böyük çətinliklər yaradacaq bir mövqe sərgiləməyə çalışdıqlarını görürük ki, bu, qəti şəkildə rədd edilməli olan bir məsələdir.”

Qeyd edək ki, İran hazırda 2022-ci ildən bəri ölkədə müşahidə olunan ən böyük etiraz aksiyalarına səhnə olur. ABŞ prezidenti Donald Trump İranda etirazçılara qarşı güc tətbiq ediləcəyi təqdirdə rəsmi Vaşinqtonun vəziyyətə müdaxilə edə biləcəyini bildirib və bu açıqlama böhranın daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

MƏNBƏ:TRT
Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb