SİYASƏT
1 dəqiqə oxuma
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
N.Paşinyan Rusiyanın ölkəsinə tətbiq etdiyi ixracat məhdudiyyətlərinin Ermənistan müxalifətinin təşviqi və tələbi ilə həyata keçirildiyini ifadə edib
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək ölkəsinin daxili və xarici siyasətinə dair qiymətləndirmələr aparıb.

Ermənistan Konstitusiyasında ediləcək dəyişikliklərə də toxunan N.Paşinyan yeni konstitusiyada 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinə istinadın olmaması gərəkdiyini vurğulayıb. Baş nazir çıxışında deyib: "Qarabağ hərəkatını davam etdirməmək, əksinə, sona çatdırmaq qərarı aldığımızı bəyan etdik. Ermənistan vətəndaşları da bu qərarı təsdiqlədi."

Bundan əlavə, N.Paşinyan ölkəsinin dəmir yolu xətlərinin Rusiyanın idarəsində olmasının bu xətlərin beynəlxalq şəbəkəyə inteqrasiyasını risk altına saldığını bildirib. O, rusiyalı tərəfdaşlarından öz haqlarını üçüncü bir ölkəyə dövr etmələrini xahiş edib. N.Paşinyan deyib: "Ermənistan dəmir yollarının Rusiyanın idarəetməsində olması səbəbindən beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya olunmaqla bağlı tarixi imkanı itirmək riski ilə qarşı-qarşıyayıq. Rusiyalı tərəfdaşlarımızdan anlayış nümayiş etdirmələrini istəyirik. Onlardan öz haqlarını həm Ermənistan, həm də Rusiya baxımından məqbul sayılan üçüncü bir ölkəyə satmalarını xahiş edirik."

 

N.Paşinyan: "Ermənistan xalqı dövlətini, müstəqilliyini və suverenliyini mafiyaya təslim etməyəcək"

Baş nazir N.Paşinyan Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi ixracat məhdudiyyətlərinin Ermənistan müxalifətinin təşviqi və tələbi ilə tətbiq olunduğunu bildirib.

"Hamilərinin dəstəyi ilə Ermənistanda ictimai-iqtisadi böhran başlatmağı planlaşdırırlar. Bununla da xalqın hökumətə qarşı üsyan etməsini təmin etməyi hədəfləyirlər. Lakin bu plan boşa çıxacaq. Çünki Ermənistan xalqı dövlətini, müstəqilliyini və suverenliyini mafiyaya təslim etməyəcək", - deyə Baş nazir bildirib.

MƏNBƏ:TRT
Araşdırma
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb