DÜNYA
1 dəqiqə oxuma
Yunanıstanda İsrail səfirliyi yaxınlığında Fələstinə dəstək məqsədilə etiraz aksiyası keçirilib
Afinanın mərkəzində toplaşan yüzlərlə insan Fələstin bayraqlarını dalğalandıraraq “Fələstinə azadlıq” şüarları səsləndiriblər
Yunanıstanda İsrail səfirliyi yaxınlığında Fələstinə dəstək məqsədilə etiraz aksiyası keçirilib
Yunanıstanda İsrail səfirliyi yaxınlığında Fələstinə dəstək məqsədilə etiraz aksiyası keçirilib / AA
8 oktyabr 2025

Oktyabrın 7-də Yunanıstanın paytaxtı Afinada Fәlәstinә dәstәk mәqsәdilә etiraz aksiyası keçirilib. Yerli polis İsrail səfirliyi yaxınlığında keçirilәn aksiya iştirakçılarına gözyaşardıcı qazla müdaxilә edib.

Afinanın mərkəzində toplaşan yüzlərlə insan Fələstin bayraqlarını dalğalandıraraq “Fələstinə azadlıq” şüarları səsləndiriblər. Nümayişçilər ABŞ səfirliyinin qarşısından keçərək İsrail səfirliyinə doğru yürüş ediblər.

Solçu qruplar və həmrəylik şəbəkələrinin təşkil etdiyi nümayişdə İsrailin Qəzzaya hücumlarının dərhal dayandırılması tələb olunub.

Səfirlik yaxınlığında gərginlik artıb. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Qısa, lakin gərgin toqquşmalardan sonra bir neçə nümayişçi saxlanılıb.

Xatırladaq ki, İsrail qüvvələri 2023-cü ilin oktyabrından bəri əksəriyyəti qadın və uşaq olmaqla 67.100-dən çox fələstinlini öldürüb və demək olar ki, bütün əhalini köçkün vəziyyətinə salaraq bölgənin böyük hissəsini xarabalığa çevirib.