TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan:''Noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırıram''
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb
Rəcəb Tayyib Ərdoğan:''Noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırıram''
Rəcəb Tayyib Ərdoğan:''Noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırıram''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə-Azərbaycan əlaqələrinə dair sualı cavablandıran R. T. Ərdoğan noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

"Noyabrın 8-i Azərbaycanın Qələbə Günüdür. Fövqəladə vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırıram. Ümid edirəm ki, bu səfər vasitəsilə də zəruri addımları atmaq imkanımız olar. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə telefon əlaqəsi saxlamışıq. Bu müddətdə həm Kəşfiyyat İdarəsinin rəisini, həm də xarici işlər nazirini Azərbaycana göndərmişəm. Hər zaman dediyim kimi, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan daha artıqdır. İki ölkənin qopmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, talehimizin və gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur’’,-deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb.