DÜNYA
1 dəqiqə oxuma
Oman sahillərində neft tankeri vurulub
Oman sahillərində neft tankerinin hücuma məruz qaldığı barədə məlumat yayılıb
Oman sahillərində neft tankeri vurulub
(ARXİV) Oman sahillərində neft tankeri vuruldu

Gəminin mühərrik bölməsinə dəyən zərər səbəbindən əməliyyatların dayandırıldığı bildirilir.

Oman sahillərində neft tankerinin hücuma məruz qaldığı barədə məlumat yayılıb.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) tərəfindən verilən yazılı açıqlamada Omanın şimal-şərqindəki Şisa sahillərindən təxminən 9 dəniz mili məsafədə naməlum obyektin neft tankerinin mühərrik bölməsinə zərbə endirdiyi bildirilib.

Zərbə nəticəsində gəminin mühərrik bölməsinə zərər dəydiyi və texniki nasazlıq yarandığı, tankerin sıradan çıxdığı qeyd olunub.

Açıqlamada həmçinin vurğulanıb ki, heyət üzvlərinə təhlükə yaradacaq heç nə yoxdur, əraziyə neft sızması və ya ətraf mühitin çirklənməsi halı qeydə alınmayıb.