SİYASƏT
1 dəqiqə oxuma
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb
V.Putin mülki infrastruktura yönəlmiş bu cür hücumların ölkədə ictima təşviş və narahatlıq yaratmağı hədəflədiyini vurğulayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda PUA hücumundan sonra qaz hasilatını azaldıb / Reuters

Qazaxıstan dövləti “Karaçaqanak” yatağından neft və qaz hasilatının təxminən dörddə bir nisbətində azaldığını açıqlayıb. Məsələylə bağlı məlumatı Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov iyunun 26-da (bu gün) jurnalistlərə verdiyi açıqlamada bildirib. O, bunun Ukraynanın Rusiyadakı Orenburq Qaz Emalı Zavoduna pilotsuz uçuş aparatı (PUA) ilə təşkil etdiyi hücumdan sonra baş verdiyini bildirib.

Səhmdarları arasında "Chevron" və "Shell" şirkətlərinin də olduğu “Karaçaqanak” yatağından çıxarılan xam qaz adətən, sərhəddən keçirilərək Orenburqdakı müəssisəyə nəql olunur.

İyunun 24-də Kiyev rəsmiləri Rusiyaya məxsus zavodu vurduqlarını təsdiqləyiblər. Sözügedən müəssisə Ukraynanın təxminən 1700 kilometr şərqində yerləşir.

Qeyd edək ki, “Karaçaqanak” yatağındakı neft və qaz hasilatı bir-biri ilə sıx əlaqəlidir. Bu səbəbdən qaz hasilatı azaldıqda yataqda neft çıxarmaq mümkün olmur. Orenburqdakı müəssisə ötən ilin oktyabr ayında da hücuma məruz qalmışdı.

Məsələ ilə bağlı Y.Akkenjenov deyib: “Təbii ki, sistemə daxil olan qazın həcmini azaltdıq. Lakin Qazaxıstanın heç bir bölgəsində qaz təchizatında hər hansı kəsinti baş verməyib.”

Ukrayna tərəfi Rusiyaya məxsus enerji obyektlərinə uzaq mənzilli pilotsuz uçuş aparatları ilə edilən hücumların məqsədini açıqlayıb. Bildirilib ki, bu zərbələr Rusiyanın hərbi maliyyələşməsini zəiflətmək və müharibəni rusiyalılar üçün daha hiss olunacaq dərəcəyə çatdırmaq məqsədi daşıyır.

Rusiya prezidenti Vladimir Putin isə mülki infrastruktura yönəlmiş bu cür hücumların ictima təşviş və narahatlıq yaratmağı hədəflədiyini vurğulayıb.

MƏNBƏ:TRT