SİYASƏT
2 dəqiqə oxuma
Ursula fon der Leyen: "Bu saziş onilliklər boyu davam edən düşmənçiliyə son qoyur''
Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər
Ursula fon der Leyen: "Bu saziş onilliklər boyu davam edən düşmənçiliyə son qoyur''
/ Reuters

Avropa İttifaqı iyulun 14-də verdiyi bəyanatda Ermənistanın Türkiyə ilə münasibәtlәrin normallaşması, Azərbaycanla tarixi sülh sazişini və Cənubi Qafqazda sabitliyi təmin etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər. Tərəflər görüşdə regional məsələləri və Aİ-Ermənistan münasibətlərini dərinləşdirməyi müzakirə ediblər.

Ursula fon der Leyen Ermənistanla Azərbaycan arasındakı sülh sazişini yüksək qiymətləndirib. "Bu saziş onilliklər boyu davam edən düşmənçiliyə son qoyur. Ümid edirəm ki, saziş ən qısa zamanda imzalanar.”

A.Kosta isə öz növbəsində  deyib: “Biz Ermənistanla daha dərin və geniş tərəfdaşlıq qurmaq üçün çalışırıq və əlaqələrimizi inkişaf etdirmək istəyirik.”

Aİ liderləri yaydıqları birgə bəyanatda Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və demokratik oriyentasiyasını dəstəklədiklərini bir daha bildiriblər.

Liderlər viza rejiminin sadəşdirilməsi ilə bağlı son nailiyyətləri alqışlayıb, həmçinin Ermənistanın Avropaya inteqrasiya prosesinə start verən yeni qanununu müsbət qiymətləndiriblər.

Liderlər hәmçinin  Ermənistanın regional infrastruktur layihələrinə və iqtisadi təşəbbüslərə, xüsusilə də Qara dənizə yönəlmiş təşəbbüslərə qoşulmasını dəstəklədiklərini bildiriblər.

 İnkişaf strategiyası

Rəsmi Brüssel Ermənistanın uzunmüddətli inkişafına sadiqliyini bir daha bəyan edib və maliyyə və texniki dəstəyin artırılacağını bildirib.

‘‘Qlobal Keçid’’ layihəsi çərçivəsində Aİ-nin Ermənistana investisiyalarının 2,9 milyard dollara çatacağı gözlənilir.

Regional əlaqə də müzakirə olunan mühüm mövzulardan biri idi. Aİ Ermənistanın Türkiyə və Azərbaycanla ticarət yollarını açmağı hədəfləyən infrastruktur şəbəkəsi olan “Sülh kəsişməsi” təşəbbüsünü dəstəklədiyini bir daha bəyan edib.

Aİ liderləri görüşü münasibətlərin inkişafında "vacib addım" kimi qiymətləndirib və bu payızda Aİ-Ermənistan Assosiasiya Şurasında  irəliləyişin əldə olunmasını gözlədiklərini bildiriblər.

Araşdırma
Marko Rubio: ''İranla danışıqlarda irəliləyiş var''
Mark Rutte: "NATO daha güclü yolda irəliləyir və tək bir müttəfiqdən daha az asılıdır"
Möhsin Nəqvi ABŞ-İran müharibəsinə son qoymaq təklifləri ilə bağlı Tehranda görüş keçirib
ABŞ Ukraynaya 108,1 milyon dollarlıq "Hawk" raket sistemi avadanlığının satışını təsdiqləyib
CHP-nin 2023-cü ilin noyabrında keçirilən qurultayının nəticələri ləğv olunub
İtaliya İsrailə çağırış etdi
Rusiya və Çin arasında əməkdaşlığa dair bir sıra müqavilələr imzalanıb
V.Putin Rusiya ilə Çin arasındakı dostluğun yüksək səviyyədə olduğunu vurğulayıb
Tom Barrak ABŞ ilə Suriya arasındakı münasibətləri qiymətləndirib
Hakan Fidan və Abbas Əraqçi regional məsələləri müzakirə ediblər
Rusiya və Ukrayna arasında qarşılıqlı olaraq 205 əsir mübadiləsi həyata keçirilib
E.Makron ölkəsinin Afrikada Türkiyə, Çin və ABŞ-dən geri qaldığını etiraf edib
ABŞ Konqresinin 30 üzvü Rubioya İsrailin nüvə potensialı ilə bağlı suallar ünvanlayıb
D.Medvedev Almaniyanı Rusiyaya qarşı “revanşist” siyasət aparmaqda günahlandırıb
Rusiya Ukraynın paytaxtından xarici diplomatları təxliyə etməyə çağırıb
Pakistan ABŞ-İran danışıqlarının ikinci mərhələsinə hazırlaşır
Tramp Hörmüz boğazındakı “Azadlıq Layihəsi”ni dayandırdı
Kuba XİN rəhbəri: "ABŞ ölkəmizə qarşı iqtisadi müharibə aparır"
ABŞ 373 milyon dollarlıq bomba paketi ilə Ukraynanın hərbi gücünü artırmağı planlaşdırır
İran Parlamentinin sədri: "Hörmüz boğazında yeni tənlik formalaşır"