SİYASƏT
2 dəqiqə oxuma
Tramp Rusiyanın Zelenskinin legitimliyinə şübhələrini “şou” adlandırıb
Tramp Rusiyanın Ukrayna prezidenti Volodimir Zelenskinin legitimliyini şübhə altına alan son bəyanatlarını “şou” adlandıraraq, onları əhəmiyyətsiz adlandırıb
Tramp Rusiyanın Zelenskinin legitimliyinə şübhələrini “şou” adlandırıb
Tramp
27 avqust 2025

ABŞ prezidenti "Onların nə dedikləri önəmli deyil. Hamı özünü göstərir. Bunların hamısı boşboğazlıqdır" deyərək sülh danışıqlarının bu il keçirilə biləcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukrayna prezidenti Volodimir Zelenskinin legitimliyini şübhə altına alan son bəyanatlarını “şou” adlandıraraq, onları əhəmiyyətsiz adlandırıb.

Tramp Ağ Evdə Nazirlər Kabinetinin üç saatdan çox davam edən iclasından sonra jurnalistlərə verdiyi açıqlamasında "Nə dediklərinin əhəmiyyəti yoxdur. Hamı özünü nümayiş etdirir. Bunların hamısı boşboğazlıqdır" deyib.

Tramp avqustun 24-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Zelenskinin konstitusiya legitimliyinə şübhələrini ifadə edən şərhlərinə cavab verib.

Lavrov "NBC News" telekanalına deyib: “(Rusiya prezidenti Vladimir) Putin sammitin gündəliyi hazır olanda Zelenski ilə görüşməyə hazırdır”.

“Legitimlik ayrı məsələdir”

Lavrov qeyd edib ki, "Biz onu (Zelenskini) rejimin faktiki rəhbəri kimi tanıyırıq və onunla bu statusda görüşməyə hazırıq. Bununla belə, hüquqi sənədlərin imzalanmasına gəlincə... bizə hər kəsin Ukrayna Konstitusiyasına görə, imzalayan şəxsin legitim olduğunu və cənab Zelenskinin hal-hazırda belə olmadığını açıq şəkildə bildirməsinə ehtiyacımız olacaq".

Lavrov həmçinin bildirib ki, Putin Trampla son telefon danışığında Moskvanın Kiyevlə birbaşa sülh danışıqlarını bərpa etməyə hazır olduğunu çatdırıb, lakin Putin və Zelenski arasında yüksək səviyyəli sammitə “çox yaxşı hazırlaşmağın” lazım olacağı barədə xəbərdarlıq edib.

Avqustun 15-də Alyaskada Putinlə görüşü zamanı Tramp təklif edib ki, Rusiya və Ukrayna liderləri müharibəyə son qoymaq məqsədilə birbaşa sülh danışıqları üçün görüşə bilərlər.

Avqustun 26-da Nazirlər Kabinetinin iclasında Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff münaqişə ilə bağlı danışıqların bu həftə aparılacağını bəyan edib və müharibənin ilin sonuna qədər bitəcəyinə ümid etdiyini bildirib.

Zelenski isə Kiyevin Rusiya tərəfi ilə belə bir sammitə ev sahibliyi edə biləcək ölkələrlə əlaqə saxladığını qeyd edib.

Araşdırma
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib