SİYASƏT
2 dəqiqə oxuma
İran ABŞ-nin istənilən hücumunu "təcavüz aktı" hesab edəcəyi barədə xəbərdarlıq edib
Tehran Donald Trampın mümkün hərbi əməliyyatlarla bağlı şərhlərindən sonra məhdud hücumun belə sərt cavabla nəticələnəcəyini bildirib
İran ABŞ-nin istənilən hücumunu "təcavüz aktı" hesab edəcəyi barədə xəbərdarlıq edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai / AFP
10 saat əvvəl

ABŞ prezidenti Donald Trampın İrana qarşı "məhdud hücum" variantını nəzərdən keçirdiyini söyləməsindən sonra Tehran administrasiyası bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, hər hansı Amerika hücumu, hətta məhdud olsa belə, "təcavüz aktı" hesab ediləcək və cavabsız qalmayacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məsələ ilə bağlı deyib: "Mənim fikrimcə, məhdud hücum deyə bir anlayış yoxdur. Təcavüz elə təcavüzdür. Hər bir dövlət özünümüdafiə hüququ çərçivəsində təcavüz aktına sərt cavab verir. Biz də eyni şeyi edəcəyik".

Yaxın Şərqdəki hərbi gücünü artıran ABŞ-nin İrana qarşı hərbi əməliyyat təhdidləri son günlər daha da kəskinləşib.

İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 22-də "CBS News"a verdiyi açıqlamada "Əgər ABŞ bizə hücum edərsə, özümüzü müdafiə etmək üçün tam haqqımız var" deyib. O, eyni zamanda diplomatik həll yoluna nail olmaq ehtimalının hələ də yüksək olduğunu bildirib.

İran prezidenti Məsud Pezeşkian isə sosial media hesabındakı paylaşımında Amerika tərəfi ilə aparılan əvvəlki danışıqların "həvəsləndirici əlamətlər" daşıdığını qeyd edib.

Cenevrədə keçirilən son görüşlərdən sonra İran hərbi müdaxilənin qarşısını almaq üçün razılaşma layihəsi hazırladığını açıqlayıb. Əraqçi CBS-ə bildirib ki, düşünürəm ki, bu cümə axşamı Cenevrədə yenidən görüşəndə bu elementlər üzərində işləyə, ortaq mətn hazırlaya və tez bir zamanda razılığa gələ bilərik".

ABŞ son həftələrdə hərbi təhdidləri gücləndirmək və bölgədəki hava müdafiəsini möhkəmləndirmək məqsədilə Yaxın Şərqə iki təyyarədaşıyan gəmi çoxsaylı hərbi təyyarə və gəmilər göndərib.