SİYASƏT
2 dəqiqə oxuma
Ş.Şərif:'Pakistan Türkiyə ilə ticarət, texnologiya və müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək'
Pakistan Baş naziri Şahbaz Şərif Türkiyə xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Güləri qəbul edib
Ş.Şərif:'Pakistan Türkiyə ilə ticarət, texnologiya və müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək'
/ Reuters

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin Türkiyə ilə ticarət, investisiya, texnologiya və müdafiə də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinə “sarsılmaz” sadiqliyini bir daha bəyan edib.

Pakistan Nazirlər Kabinetindən verilən açıqlamaya görə, Baş nazir çərşənbə günü İslamabadda Türkiyənin xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülər ilə görüşüb. Şahbaz Şərif Görüşdə görüşdə Pakistan və Türkiyə arasında çoxillik qardaşlıq münasibətlərinin ortaq tarix, mədəniyyət və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.

Məlumata əsasən, görüşdə Şahbaz Şərifi Pakistanın Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İşaq Dar, Baş Qərargah rəisi Asim Munir, müdafiə naziri Xavaja Məhəmməd Asif, milli təhlükəsizlik məsələləri üzrə müşaviri general-leytenant Məhəmməd Asim Malik və digər rəsmi şəxslər müşayiət edib.

Baş nazir Pakistan-Türkiyə münasibətlərinin “müsbət və davamlı şəkildə” inkişaf etməsindən məmnunluğunu ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğanla bu il ərzində keçirdiyi görüşləri xatırladan Şərif xüsusilə İƏT-in 17-ci Zirvə görüşündə əldə olunan razılaşmalara diqqət çəkərək iki ölkə arasında münasibətlərin yaxın gələcəkdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə inamını bildirib.

İşaq Dar və Hakan Fidanın sədrliyi ilə keçirilən Birgə Komissiyanın iclasını alqışlayan Şahbaz Şərif bu platformanın iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini qeyd edib.

Baş nazir hər iki ölkənin bir-birinin əsas maraqlarına güclü və dəyişməz dəstəyini davam etdirdiyini vurğulayaraq, dəyişkən regional və qlobal şərtlər fonunda daha sıx koordinasiyaya ehtiyac olduğunu bildirib. O, həmçinin Hindistanla son gərginlik zamanı Türkiyənin göstərdiyi dəstəyə görə Türkiyə xalqına və rəhbərliyinə təşəkkürünü ifadə edib.

Şahbaz Şərif ikitərəfli ticarətin artırılması və qarşıya qoyulmuş 5 milyard dollarlıq ticarət hədəfinə çatmaq üçün hər iki ölkənin birgə səy göstərməli olduğunu deyib. O, İslamabadın sərmayə dostu siyasətinə diqqət çəkərək, türk şirkətlərini Pakistana daha çox investisiya yatırmağa çağırıb.

Baş nazir eyni zamanda Türkiyə tərəfini Pakistanın struktur islahatları, iqtisadi inkişaf və modernləşmə səylərinə töhfə verməyə və bu istiqamətdə öz təcrübələrini paylaşmağa dəvət edib.

Araşdırma
Tramp İranla danışıqlar aparmadıqlarını və yaxın zamanda "nəsə baş verəcəyini" bildirib
V.Putin və S.Vitkoff Sankt-Peterburqda Ukraynadakı müharibəni müzakirə etdilər
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"