TÜRK DÜNYASI
2 dəqiqə oxuma
Türk dövlətləri Ankarada müxtəlif mövzuları müzakirə edəcəklər
Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvəsində ticarət, investisiya, nəqliyyat, əlaqəlilik, enerji və rəqəmsal...
Türk dövlətləri Ankarada müxtəlif mövzuları müzakirə edəcəklər
13-cü Türk Dövlətləri Təşkilatı Zirvəsi Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitində ticarət, investisiya, nəqliyyat, bağlantılılıq, enerji və rəqəmsal transformasiya mövzularının müzakirə edilməsi planlaşdırılır.

Türkiyənin ev sahibliyi ilə 29-30 oktyabr tarixlərində paytaxt Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Sammitində diqqətlər kənd təsərrüfatından kosmosa, ticarətdən nəqliyyata qədər müxtəlif sahələrdə qurulacaq əməkdaşlıqlara yönəlib.

2026-cı il üçün "Türk Dünyasının Turizm Paytaxtı" seçilən Ankara iyul ayındakı NATO Sammitindən sonra daha bir beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Bu çərçivədə, Türk dünyası liderlərinin bir araya gələcəyi Türk Dövlətləri Təşkilatının 13-cü Sammiti 29-30 oktyabr tarixlərində paytaxt Ankarada təşkil olunacaq.

Təşkilatın tədbirlər təqviminə əsasən, Xarici İşlər Nazirləri Şurası oktyabrın 29-da toplanacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək sammit görüşü də "Türk Əsri: Dildə, Fikirdə, İşdə Birlik" şüarı (mövzusu) ilə oktyabrın 30-da baş tutacaq.

Görüşdə təşkilat daxilindəki əməkdaşlığın mövcud vəziyyəti və gələcəyə yönəlmiş perspektivlərlə yanaşı, ortaq maraq dairəsində olan regional və beynəlxalq hadisələrin müzakirə edilməsi nəzərdə tutulur.

Türk Dünyası 2040 Vizyonundakı iqtisadi mövzular da müzakirə ediləcək

Liderlərin siyasi əməkdaşlıq, ticarət və investisiya, nəqliyyat və bağlantılılıq, enerji, rəqəmsal transformasiya, mədəni və humanitar əməkdaşlıq, həmçinin institusional inkişaf başda olmaqla, TDT-nin prioritet fəaliyyət sahələrində qazanılan irəliləyişləri qiymətləndirmələri gözlənilir.

Bundan əlavə, sammitdə Türkiyə TDT-yə sədrliyi Azərbaycandan təhvil alacaq. Sammitdə dövlət başçılarının əməkdaşlığın dərinləşdirilməsinə və TDT-nin institusional strukturunun daha da gücləndirilməsinə yönəlmiş müxtəlif qərar və sənədlərlə bərabər Ankara Bəyannaməsini qəbul etmələri nəzərdə tutulur.

TDT daxilində "üzv ölkələr Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan" ilə yanaşı, Türkmənistan, Macarıstan və ŞKTR "müşahidəçi ölkələr", İqtisadi Əməkdaşlıq Təşkilatı isə "müşahidəçi qurum" kimi yer alır.