SİYASƏT
2 dəqiqə oxuma
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Meloni İsrailin məskunlaşma sahəsinin genişləndirilməsinə qarşı Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Meloni praises US-led mediation and calls the peace plan a positive step. [File photo]
23 oktyabr 2025

Giorgia Meloni beynəlxalq vasitəçiləri tərifləyib və İtaliyanın regionda sülh və sabitliyi dəstəkləyərək Qəzzaya humanitar yardımlarını davam etdirəcəyini bildirib.

İtaliyanın Baş naziri Giorgia Meloni oktyabrın 22-də İtaliyanın İsrailin məskunlaşmanın genişləndirilməsi planlarına və bəzi İsrail rəsmilərinin zorakı bəyanatları qarşısında Avropanın məhdudlaşdırıcı tədbirlərini dəstəkləməyə hazır olduğunu təkrarlayıb.

Avropa Şurasının sammiti ərəfəsində Senatda çıxış edən Meloni "İsrailin məskunlaşmanın genişləndirilməsi planlarını pisləyirik və bəzi İsrail rəsmilərinin zorakı bəyanatlarını qəbuledilməz hesab edirik. Ona görə də onlara qarşı Avropanın fərdi məhdudlaşdırıcı tədbirlərini dəstəkləməyə hazırıq" deyib və ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və Şarm əl-Şeyxdə imzalanan 20 bəndlik planı son dərəcə müsbət və konkret addım olaraq adlandırıb.

Meloni "Bu mühüm addımı mümkün edən diplomatik səylərə görə bütün vasitəçilərə dərin minnətdarlığımızı bildiririk: “Misir, Qətər və Türkiyə hökumətlərindən, lakin hər şeydən əvvəl bu mübahisəsiz uğura nail olmaq üçün fövqəladə enerji sərf edən ABŞ prezidenti Donald Trampdan bəhs edirəm" ifadələrindən istifadə edib.

Qəzzaya yardım

Meloni bəyan edib ki, dünya hazırda Yaxın Şərqdə davamlı sülhün "etibarlı ehtimalı" ilə üz-üzədir, lakin bu, "kövrək" olaraq qalır.

“HƏMAS-ın atəşkəsi pozmasından” danışan Meloni İtaliyanın İsrailin cavab hərəkətlərində iştirak etmədiyini, lakin HƏMAS-ın keçid administrasiyasında və ya gələcəkdəki Fələstin dövlətində heç bir rolunun olmamasının vacibliyini vurğulayıb. O əlavə edib ki, bu vəziyyət İtaliyanın Fələstin Dövlətini tanıması üçün “zəruri ilkin şərtdir”.

İtaliyanın Qəzzaya ərzaq humanitar əməliyyatı çərçivəsində Qəzzaya 2000 tondan çox un və 200 tondan çox başqa yardım göndərdiyini qeyd edən Meloni humanitar yardımı davam etdirəcəyinə söz verib.

Meloni həmçinin bəyan edib ki, onlar Fələstin Milli Administrasiyasına bütün lazımi dəstəyi göstərməyə, o cümlədən administrasiyaya təlim keçməyə hazırdırlar ki, “onlar yaxın gələcəkdə tam inzibati məsuliyyəti öz üzərinə götürə bilsinlər”. O, əlavə edib: "İllərdir Yerixoda məskunlaşan Carabinierimizin Fələstin polisinin təliminə və Aİ-nin Rəfahdakı missiyasına töhfə verməyə və bu rəqəmləri artırmağa hazırıq. Mən şəxsən bunu noyabrın əvvəlində Romada görüşmək barədə razılığa gəldiyimiz prezident Abbasa bir daha çatdıracağam".

Araşdırma
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub