Şərhlər
ŞƏRHLƏR
4 dəqiqə oxuma
İran Hörmüz boğazında nəzarəti sərtləşdirir: ABŞ ilə danışıqlar çıxılmaz nöqtədə
Tehran həyati əhəmiyyətli neft dəhlizində "faktiki bir keçid ödəniş məntəqəsi" işlətməkdə ittiham olunarkən, Vaşinqton isə bölgəyə qoşun yeridir
İran Hörmüz boğazında nəzarəti sərtləşdirir: ABŞ ilə danışıqlar çıxılmaz nöqtədə
Hörmüz boğazı / Reuters
26 mart 2026

Bu gün (26 mart 2026) müharibədə atəşkəs təmin edilməsi məqsədilə aparılan diplomatiyanın sarsılması ilə, İran ilə Amerika Birləşmiş Ştatları mövqelərini sərtləşdirdi. Tehran strateji Hörmüz boğazı üzərindəki nəzarətini rəsmiləşdirmək addımları atarkən Vaşinqton isə İslam Respublikasındakı quru əməliyyatlarında istifadə oluna biləcək döyüş birliklərinin gəlişinə hazırlaşır.

Həmin məsələ üzrə ekspertlər sülh dövründə ticarəti edilən bütün neft və təbii qazın təxminən 20 faizinin keçdiyi bu həyati boğaz üzərində İranın faktiki bir keçid ödəniş məntəqəsi rejimi qurduğunu, bəzi gəmilərin keçid üçün Çin yuanı ilə ödəniş etdiyini bildirib.

Digər tərəfdən, amfibiya hücum gəmisi “USS Tripoli”nin komandası altındakı bir zərbə qrupu təxminən 2 500 dəniz piyadası ilə Yaxın Şərqə yaxınlaşıb və 82-ci Hava-Desant Diviziyasından ən azı min paraşütçü bölgəyə cəlb olunub.

ABŞ birliklərinin bu fəallığı ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını açmağa məcbur etmək və ya Körfəzdəki ABŞ hərbi və maliyyə aktivlərinə hücumları dayandırmaq üçün güc tətbiq edəcəyi mənasını daşımır.

Tramp daha əvvəl Amerika Birləşmiş Ştatlarının yanvar ayında keçmiş Venesuela lideri Nikolas Maduronu qaçırmasından əvvəl Karib dənizində böyük bir qüvvə yerləşdirmişdi; mövcud vəziyyətdə isə ABŞ-nin Hörmüz boğazı yaxınlığındakı Karq adasındakı neft terminalını və ya boğaza yaxın digər obyektləri ələ keçirməyə fokuslana biləcəyi ehtimal edilir.

CENTCOM-un (ABŞ Mərkəzi Komandanlığı) rəhbəri Kuper bir video mesajında "Hələ bitirməmişik. İranın daha geniş hərbi aparatlarını tamamilə sıradan çıxarmaq yolundayıq" ifadələrini işlədib.

İranın Hörmüz boğazından "faktiki bir keçid ödəniş məntəqəsi" kimi istifadə etməsi

“Lloyd’s List Intelligence”in yeni bir təhlilinə görə, Bəsrə körfəzindən açıq dənizə çıxan Hörmüz boğazındakı hərəkəti tamamilə nəzarətə götürən İran ABŞ və İsrailin müharibə səylərini dəstəkləyən gəmilərin keçidinə mane olarkən, digər gəmilərin keçidinə isə "faktiki bir keçid öodəniş məntəqəsi” ilə icazə verir.

“Lloyd’s List” Çinin milli valyutası olan yuana istinad edərək, "Bütün gəmilər birbaşa keçid haqqı ödəməsə də, ən azı iki gəmi ödədi və ödəniş yuan vahidi ilə edildi" ifadələrindən istifadə edib.

İran gəmilərin boğazdan keçid prosesini birbaşa açıqlamasa da; Xarici İşlər Nazirliyi sözçüsünün bu həftə verdiyi bir müsahibədə Tehranın bəzi gəmilər üçün ödəniş aldığına dair əlamətlərə işarə edilib.

ABŞ-İsrailin İrana qarşı hücumu İranın boğaz üzərindəki hakimiyyəti və Körfəz bölgəsindəki enerji infrastrukturuna qarşı amansız hücumları, neft qiymətlərinin sürətlə yüksəlməsinə və qlobal bir enerji böhranı narahatlıqlarının artmasına səbəb olub.

ABŞ görüşlərin davam etdiyini müdafiə etsə də İran müzakirə aparılmadığını iddia edir

Pakistandan vasitəçi kimi istifadə edən Vaşinqton atəşkəs sağlanması məqsədilə Hörmüz boğazının yenidən açılması da daxil olmaqla İrana 15 maddəlik bir təklif çatdırıb.

Martın 25-də Vaşinqtonda bir ianə toplama tədbirində çıxış edən Tramp İranın hələ də bir razılaşma əldə etmək istədiyi mövzusunda israrlı idi.

"Yeri gəlmişkən, müzakirə aparırlar və bir razılaşma əldə etmək üçün can atırlar, amma bunu deməyə qorxurlar çünki öz xalqları tərəfindən öldürüləcəklərini düşünürlər" deyən Tramp sözlərinə "Bundan başqa, bizim tərəfimizdən öldürülməkdən də qorxurlar", -deyə vurğulayıb.

Ancaq İran xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına verdiyi müsahibədə hökumətinin müharibəni bitirməyə yönəlmiş görüşlərə başlamadığını və "hər hansı müzakirə planlaşdırmadıqlarını" qeyd edərkən, ABŞ-nin digər ölkələr üzərindən İrana mesaj göndərməyə çalışdığını, ancaq bunun "bir söhbət və ya müzakirə olmadığını" ifadə edib.

Tel-Əviv İranı bir sıra hücumla vurarkən, İran da İsrail və Körfəzdəki qonşularına hücum edib

İrandakı aktivistlər Tehranın təxminən 330 kilometr cənubundakı İsfahan ətrafında səhər saatlarında intensiv hücumlar olduğunu bildiriblər. İslahat tərəfdarı “Ham Mihan” qəzeti onlayn olaraq bölgədə hücumlar olduğunu yazıb.

İsfahan böyük bir İran hava bazasına və digər hərbi obyektlərə də ev sahibliyi edir; həmçinin iyun ayında İsrail ilə İran arasındakı 12 günlük müharibə zamanı ABŞ tərəfindən bombalanan nüvə mərkəzlərindən biri də burada yerləşir.

İnqilab Keşikçilərinə yaxınlığı ilə bilinən yarırəsmi “Fars” xəbər agentliyi detal vermədən sözügedən hücumları "iki yaşayış məntəqəsini hədəf alan" hücumlar kimi xarakterizə edib.

İsrail daha sonra İran infrastrukturunu hədəf alan bir sıra hücum təşkil etdiyini açıqlayıb.

İran Səhiyyə Nazirliyi müharibə başladığından bəri İranda ABŞ-İsrail hücumlarında 1 500-dən çox insanın öldüyünü açıqlayıb. İsraildə 20 nəfərin öldüyü; Livanda iki İsrail əsgərinin həyatını itirdiyi bildirilib. Ən azı 13 ABŞ əsgəri də həyatını itirib. İşğal altındakı İordan çayının qərb sahili və Körfəz ərəb dövlətlərində də onlarla insan dünyasını dəyişib.

Rəsmilər Livanda təxminən 1100 nəfərin öldüyünü, İraqda isə təhlükəsizlik qüvvələrinə mənsub 80 nəfərin həyatını itirdiyini bildiriblər.

Araşdırma
Əli Laricani: Köhnə mühafizəkarlar və yeni dövr arasında körpü olan "anın adamı"
İranda vurulan ibtidai məktəb yaxınlığında ABŞ raket zərbəsini sübut edən görüntülər yayımlandı
İranın yeni ali rəhbəri Müctəba Xamenei kimdir?
ABŞ istintaqı İran məktəbinə hücumda Amerikanın mümkün rolunu göstərir
İranın 37 illik dini lideri Ayətullah Əli Xamenei
Yenə vahid Suriya: Suriyalılar YPG terror təşkilatına qarşı qələbəni necə şərh edirlər?
Arıqlama iynələrinin zərərləri
İranda son 24 saatda nələr baş verdi?
Hesabat:''İranda etiraz aksiyalarında ölənlərin sayı 38-ə çatıb''
Çaves ideologiyası yaşayır: Maduronun ələ keçirilməsindən sonra Venesuelanın gələcəyi
2025-ci ilə ümumi baxış: Qəzza soyqırımı, müharibə və münaqişələr
ÜST:''Qəzzadan təxliyə olunmağı gözləyən 1000-dən çox xəstə həyatını itirib''
Ortaq irsimizin beynəlxalq səviyyədə tanınması niyə önəmlidir?
Siqaretin ətraf mühitə vurduğu zərər
Hesabata görə, hər 10 dəqiqədə bir qadın yaxın partnyoru və ya ailə üzvü tərəfindən öldürülür
Plana əsasən, Donbas bölgəsi Rusiyaya veriləcək, hərbi qüvvələr 600 min əsgərlə məhdudlaşdırılacaq
Sudanda nələr baş verir və vəziyyət necə bu qədər ağırlaşıb?
''Türkiyə və digər orta güclər daha ədalətli qlobal nizamın formalaşmasına töhfə verə bilər''
C.Otorbayev: “Türkiyə yeni dünya nizamında güc mərkəzinə çevrilir”
BAEA:''İranın nüvə silahı hazırladığına dair heç bir dəlil yoxdur''