TÜRKİYƏ
2 dəqiqə oxuma
R.T.Ərdoğan: "Türkiyə ''yaşıl enerjiyə'' qoyulan investisiyalar mövzusunda lider mövqedәdir"
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 11-ci Enerji Səmərəliliyi Forumu və sərgisində çıxışı zamanı bildirib
R.T.Ərdoğan: "Türkiyə ''yaşıl enerjiyə'' qoyulan investisiyalar mövzusunda lider mövqedәdir"
R.T.Ərdoğan: "Türkiyə ''yaşıl enerjiyə'' qoyulan investisiyalar mövzusunda lider mövqedәdir" / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə yaşıl enerjiyə qoyulan investisiyalar mövzusunda lider mövqedədir və 2025-ci ilin ilk səkkiz ayında bərpa olunan enerjinin ümumi enerji gücündəki payı 60 faizi keçib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 11-ci Enerji Səmərəliliyi Forumu və sərgisində çıxışı zamanı bildirib. O, artan əhali və inkişaf edən iqtisadiyyata paralel olaraq qlobal enerji tələbatının da hər il artdığını vurğulayıb.

Prezident qeyd edib ki, hökumət 2002-ci ildən bu yana enerji səmərəliliyinin artırılması məqsədilə müxtəlif layihələr həyata keçirib.

“Bu ilin ilk səkkiz ayında enerji idxalına görә 26 milyard dollar ödәmişik. Bu xərcləri azaltmaq üçün ciddi səylər göstəririk. Hazırda gündəlik neft istehlakımız təxminən 1 milyon bareldir. Bunun 160 min barelini isə öz resurslarımız hesabına təmin edirik”, – deyə Rәcәb Tayyib Ərdoğan bildirib.

Prezident deyib: “Qara dəniz qazı və Gabar bölgəsindəki neft kəşflərimizdə mühüm irəliləyiş əldə etsək də, qarşımızda qət etməli olduğumuz məsafə var. Hazırda dörd qazma və iki seysmik kəşfiyyat gəmisinə sahibik. Bu baxımdan dünyada beşinci yerdəyik. Yeni gəmilərin inventara daxil olması ilə dördüncü yerə yüksələcəyik”.

Ərdoğan həmçinin Türkiyənin nüvə enerjisi sahəsində də irəliləyişlərə imza atdığını qeyd edib. O, bildirib ki, hazırda dünyanın 31 ölkəsində 416 aktiv nüvə reaktoru fəaliyyət göstərir və bunlar qlobal elektrik enerjisinin təxminən 9 faizini istehsal edir. Türkiyə də daxil olmaqla 15 ölkədə isə 63 reaktorun tikintisi davam edir.

“İnşallah, Akkuyu Atom Elektrik Stansiyasından ilk elektrik enerjisini çox yaxın zamanda əldə edəcəyik. Akkuyudan əlavə, digər nüvə enerji layihələrimiz də var və bu istiqamətdə danışıqlar davam edir”, – deyə dövlət başçısı qeyd edib.

Prezident həmçinin bildirib ki, Çinə və ABŞ-a son səfərləri zamanı bu mövzuda həmkarları ilə müzakirələr aparılıb:

“ABŞ ilə imzaladığımız Strateji Mülki Nüvə Əməkdaşlığına dair anlaşma memorandumu dinc məqsədli nüvə enerjisi sahəsində əməkdaşlığa əsaslanır. Bu saziş yeni nəsil texnologiyaların, o cümlədən qabaqcıl modul reaktorlar və kiçik reaktor texnologiyalarının inkişafını nәzәrdә tutur”.

Türkiyə iqtisadiyyatına da toxunan Ərdoğan bildirib ki, Türkiyə iqtisadiyyatının 2028-ci ildə 1,9 trilyon dollarlıq həcmə, adambaşına düşən milli gəlirin isə 21 min dollar səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır.

Araşdırma
Türkiyədəki ikili vətəndaşlar Bolqarıstandakı seçkilərdə səs verməyə çağırılıb
Rəcəb Tayyib Ərdoğan və Mark Karni birgə mətbuat konfransında çıxış ediblər
Prezident Ərdoğan TDT-nin Baş katibi Ömüralıyevi qəbul edib
7 ölkənin xarici işlər nazirləri İstanbulda görüş keçirəcəklər
İstanbul Hava Limanı "ən yaxşı bağlantı təmin edən hava limanı" mükafatına layiq görüldü
Kanada Baş naziri Mark Karni Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi