TÜRKİYƏ
1 dəqiqə oxuma
''TRT World Forum 2025'' oktyabrın 31-də öz işinə başlayacaq
Türkiyə Radio və Televiziya Qurumunun (TRT) təşkilatçılığı ilə keçirilən forum dünyanın müxtəlif ölkələrindən ekspertləri və yüksək vəzifəli rəsmiləri bir araya gətirəcək
''TRT World Forum 2025'' oktyabrın 31-də öz işinə başlayacaq
''TRT World Forum 2025'' oktyabrın 31-də öz işinə başlayacaq / TRT World

Dünyanın aparıcı media platformalarından biri olan ‘‘TRT World Forum’’ bu il 31 oktyabr – 1 noyabr tarixlərində İstanbulda 9-cu dəfə keçiriləcək. Forum çərçivəsində qlobal reallıqların qeyri-müəyyənlik dövründə necə yenidən formalaşdığı müzakirə olunacaq.

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) təşkilatçılığı ilə keçirilən forum dünyanın müxtəlif ölkələrindən ekspertləri və yüksək vəzifəli rəsmiləri bir araya gətirəcək.

Forumun bu ilki mövzusu “Qlobal Yenidənqurma: Köhnə Nizamdan Yeni Reallıqlara”dır. Tədbirdə qlobal qeyri-sabitliyin artması və beynəlxalq ictimaiyyətin qarşılaşdığı çağırışlar ətrafında müzakirələr aparılacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın forumda çıxış edəcəyi gözlənilir.

Bu ilki sessiyalarda müzakirə olunacaq əsas mövzulardan bəziləri aşağıdakılardır:

  • Strateji muxtariyyətin qurulması: Türkiyə və qlobal müdafiə paradiqması

  • Suriyada yeni bir şəfəq: Yenidənqurma və sabitlik üçün yol xəritəsi

  • Münaqişədən gələcəyə: Şərqi Afrikada qarşıdurma və sülh perspektivləri

  • Qurbanlıqdan müqavimətə: Qəzzada ədalətə aparan yol

    Söhbətlər yalnız siyasətlə məhdudlaşmayacaq. Forum həmçinin norveçli sənətçi Vibeke Harperin “3925 İtirilmiş Gələcək” adlı performansına da ev sahibliyi edəcək.

    Qeyd edək ki, ‘‘TRT World Forum’’ qitələrarası səsləri bir araya gətirən, Qlobal Şimal və Qlobal Cənub arasında perspektivləri yaxınlaşdıran və “Necə dünya inşa edirik?” sualını gündəmə gətirən mühüm bir platformaya çevrilib.

Araşdırma
Türkiyədəki ikili vətəndaşlar Bolqarıstandakı seçkilərdə səs verməyə çağırılıb
Rəcəb Tayyib Ərdoğan və Mark Karni birgə mətbuat konfransında çıxış ediblər
Prezident Ərdoğan TDT-nin Baş katibi Ömüralıyevi qəbul edib
7 ölkənin xarici işlər nazirləri İstanbulda görüş keçirəcəklər
İstanbul Hava Limanı "ən yaxşı bağlantı təmin edən hava limanı" mükafatına layiq görüldü
Kanada Baş naziri Mark Karni Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi