SİYASƏT
2 dəqiqə oxuma
ABŞ və Kanada arasında ticarət gərginliyi artır
D.Tramp Kanadanın rəqəmsal vergi qərarına etiraz edərək danışıqları dayandırdığını və yeni gömrük tariflərinin tətbiq olunacağını açıqladı
ABŞ və Kanada arasında ticarət gərginliyi artır
28 iyun 2025

ABŞ prezidenti Donald Tramp Kanadanın tətbiq etməyə hazırlaşdığı rəqəmsal xidmət vergisini Amerika texnologiya nəhənglərinə qarşı “düşməncəsinə atılmış addım” adlandıraraq, iki ölkə arasında aparılan ticarət danışıqlarının tamamilə dayandırıldığını və yeni gömrük rüsumlarının tətbiq olunacağını bəyan edib.

Bununla da prezident D.Tramp ABŞ-ın texnologiya şirkətlərinə yönəlmiş vergilərə cavab olaraq Kanada ilə ticarət müzakirələrinə son verdiyini bildirib. O, Ottava rәhbәrliyinin bir həftə ərzində yeni gömrük tariflərinin miqdarını öyrənəcəyini deyib.

Prezident iyunun 27-dә “Truth Social” platformasında yayımladığı bəyanatda qeyd edib: “Bu absurd vergi səbəbilə Kanada ilə aparılan bütün ticarət danışıqlarını dərhal dayandırırıq.”

D.Tramp Kanadanı ticarət aparmaq baxımından son dərəcə çətin bir ölkə kimi xarakterizə edib.

Söhbət Kanada hökumətinin ötən il qüvvəyə mindirdiyi rəqəmsal xidmət vergisindən gedir. Bu verginin önümüzdəki beş il ərzində Kanadaya 5,9 milyard Kanada dolları (təxminən 4,2 milyard ABŞ dolları) gəlir gətirəcəyi proqnozlaşdırılır.

Üç faiz həcmində olan bu vergi “Alphabet”, “Amazon” və “Meta” kimi rəqəmsal xidmət göstərən iri və çoxmillətli şirkətləri əhatə edir. Rәsmi Vaşinqton bu məsələ ilə bağlı əvvəllər mübahisələrin həlli üçün dialoq təklifi irəli sürmüşdü.

Ötən həftə Kanada Baş naziri Mark Karni açıqlamasında bildirmişdi ki, əgər 30 gün ərzində ikitərəfli ticarət razılaşmasına nail olunmasa, ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi rüsumların 50 faizə qədər artırılmasına qarşılıq olaraq, biz dә ABŞ məhsullarına yönəlmiş 25 faizlik cavab rüsumlarını yenidən nəzərdən keçirəcəyik.

 

Çinlə Yaxınlaşma

Donald Trampın Kanada ilə bağlı son qərarı, rәsmi Vaşinqton və Pekin rәhbәrliyi arasında ticarət sahəsində irəliləyişin əldə olunduğuna dair təsdiqləyici açıqlamadan qısa müddət sonra verilib.

Qeyd edәk ki, Vaşinqton rәhbәrliyi üçün prioritet məsələ, elektrikli nəqliyyat vasitələri və müdafiə sənayesinə məxsus avadanlıqlar üçün həyati əhəmiyyət kəsb edən nadir torpaq elementlərinin təchizat təhlükəsizliyinin təmin edilməsidir.

Xatırladaq ki, qlobal istehsalın böyük hissəsinə nəzarət edən Çin bu ilin aprel ayında həmin elementlərin ixracını lisenziyaya bağlamışdı. Bu addım ABŞ-ın sərt gömrük rüsumlarına cavab kimi qiymətləndirilmişdi.

Ancaq tәrәflәr may ayında Cenevrədə keçirilən görüşlərdən sonra bir-birlərinin məhsullarına tətbiq etdikləri yüksək rüsumları müvəqqəti olaraq azaltmaq barədə razılığa gəldi.

Çin istisna olmaqla onlarla ölkə 9 iyul tarixində qüvvəyə minəcək və mövcud 10 faizlik tariflərin artırılmasını nəzərdə tutan yeni gömrük rüsumları təhdidi ilə qarşı-qarşıyadır.

ABŞ maliyyə naziri Skot Bessent iyunun 27-dә verdiyi açıqlamada bildirib ki, ABŞ öncəliklə 18 əsas tərəfdaşla aparılan danışıqlara diqqət yetirir. “Əgər bu vacib 18 tərəfdaşın 10 və ya 12-si ilə razılığa gələ bilsək, qalan təxminən 20 mühüm tərəfdaşla birlikdə ticarət məsələlərini ABŞ-da qeyd olunan Əmək Günü bayramına qədər başa çatdıra bilərik”, – deyə S.Bessent 1 sentyabrda qeyd olunan ABŞ Əmək Gününü xatırladaraq vurğulayıb.

MƏNBƏ:TRT Global
Araşdırma
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb