ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Türkiyə müdafiə şirkəti IDEF 2025-də Malayziya ilə taktiki nəqliyyat vasitəsi sazişi imzalayacaq
Müdafiə sənayesi sərgisində "HIZIR" və "O-İKA 2" texnikaları təqdim olunacaq
Türkiyə müdafiə şirkəti IDEF 2025-də Malayziya ilə taktiki nəqliyyat vasitəsi sazişi imzalayacaq
/ AA

Türkiyənin quru hərbi texnika istehsalçısı “Katmerciler” şirkəti bu həftə İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində Malayziya ilə “EREN” 4×4 yüngül taktiki nəqliyyat vasitəsinin istehsalına dair saziş imzalayacağını açıqlayıb.

Şirkət sərgidə mina və pusquya qarşı qorunan “HIZIR” personal daşıyıcısı ilə yanaşı, uzaqdan idarə olunan silah platforması və izləmə sistemi ilə təchiz olunmuş, Türkiyədə analoqu olmayan “O-İKA 2” pilotsuz quru texnikasının xüsusi versiyasını nümayiş etdirəcək.

Zirehli gövdəsi V tipli möhkəm gövdə quruluşu və enerjini udan oturacaqları ilə “HIZIR” minaya və əl istehsalı partlayıcılara qarşı yüksək səviyyədə qoruma təmin edir. 400 at gücünə malik mühərrikə sahib olan bu vasitə həm şəhər, həm də kənd şəraitində intensiv döyüşlər zamanı yüksək performans göstərir. Uzaqdan idarə olunan silah sistemi hərəkətdə olan hədəflərə fokuslanma bacarığına malikdir.

“HIZIR” ümumilikdə doqquz nəfər daşıya bilir, maksimum 120 km/saat sürət yığa bilir və 70 faiz yamaca qalxma qabiliyyəti ilə öz kateqoriyasında lider sayılır.

Digər tərəfdən, “Katmerciler” şirkətinin ilk pilotsuz quru texnikası konsepti olan “UKAP”, “Katmerciler” və “ASELSAN” müdafiə sənayesi şirkətlərinin birgə texnologiyasını özündə birləşdirir. Bu platforma “ASELSAN”ın “SARP” uzaqdan idarə olunan silah sistemi və peyk əlaqə modulu ilə təchiz olunub.

“UKAP”ın 60 faiz yamaca qalxma və 40 faiz yan meyl bucağı ilə hərəkət etmə xüsusiyyəti var. Bundan başqa 900 mm dərinliyində xəndəkləri keçə, 400 mm hündürlüyündə maneələri aşa və 1 metrik tona qədər yük daşıya bilir.

Termal və hərəkətə həssas kameralarla, eləcə də müxtəlif sensorlarla təchiz edilən “UKAP” geniş funksionallığa malikdir. Belə ki, sərhəd nəzarəti və kəşfiyyat vasitəsi kimi istifadəyə, mina təmizləmə əməliyyatlarında iştirak etməyə əlverişlidir. Əlavə olaraq döyüş bölgələrindən yaralıların təxliyəsində zirehli vasitəsi kimi funksionallığı mövcuddur. Həmçinin sursat və avadanlıq daşınmasında, zəruri hallarda isə ağır texnikanın evakuasiyasında da istifadə oluna bilir.

Qeyd edək ki, “Katmerciler” İcraiyyə Komitəsi sədrinin müavini Furkan Katmerci “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, şirkət IDEF-2025 sərgisi çərçivəsində Malayziyanın “DEFTECH” şirkəti ilə “EREN” 4×4 nəqliyyat vasitəsi üzrə yeni əməkdaşlıq sazişi imzalayacaq və bu mərasimdə hər iki şirkətin baş direktorları iştirak edəcəklər.

MƏNBƏ:TRT Global
Araşdırma
Gölcükdə "Mavi Vətən" həyəcanı: TEKNOFEST üçün qeydiyyat başladı
Türkiyənin qlobal süni intellekt mərkəzinə çevrilmək üçün 2026–2030-cu illər üzrə yol xəritəsi
Türkiyənin Arktika üzrə ekspedisiya qrupu mühüm mövzular üzrə tədqiqatlar aparıblar
COP31-in əsl sınağı: Türkiyə iqlim vədlərini investisiyaya çevirə biləcəkmi?
Türkiyə istehsalı "Bayraktar TB2" aparatı Albaniyada baş verən meşə yanğınında aktif istifadə olunur
"Google" süni intellekt üzrə baş vitse-prezident vəzifəsinə türk mühəndis təyin etdi
TRT Akademiyasında "Mediada süni intellekt təlimi"
Türkiyənin AKYA torpedosu atış testində hədəf gəmisini uğurla məhv edib
NATO nümayəndə heyəti Türkiyənin müdafiə sənayesi nəhəngi "Baykar"da oldu
Türkiyədə ilk dəfə səkkizistiqamətli çarpaz qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
NASA Aya son sınaq missiyası olan "Artemis 3" üçün dörd nəfərlik heyətin tərkibini açıqlayıb
"SpaceX"in "Starship" sınaq uçuşu son dəqiqə texniki nasazlığı səbəbindən təxirə salınıb
“SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya, Kosmik Sənaye Sərgisində ixrac müqavilələri imzalandı
SAHA 2026 müdafiə və aviasiya sərgisi İstanbulda start götürüb
"Artemis II" heyəti Ay ətrafındakı uçuşdan sonra Sakit okeana eniş edir
Tarixi missiyada Artemis astronavtları Ayın yaxınlığından keçməyə hazırlaşırlar
“Artemis II” missiyasının heyəti Ay səfərində uğurla irəliləyir
Türkiyə fırlatdığı yeni peyklərlə kosmosda müstəqillik yolunda irəliləyir
Türkiyə 2.000 kilometr mənzilli yeni kamikadze PUA sistemini təqdim etdi
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir